UEFA-dan Azərbaycan millisinin oyununa təyinat

UEFA-dan Azərbaycan millisinin oyununa təyinat
XƏBƏR 7 İyun 2022 / 12:53 2724
-  A +

UEFA Millətlər Liqasının 3-cü turunun Azərbaycan - Slovakiya matçının hakimləri bəlli olub.

Qol.az-ən xəbərin görə, görüşü Litva Futbol Federasiyasından olan hakimlər briqadası idarə edəcək. Baş hakim Donatas Rumsas, laysmanlar  Aleksandr Radius və Dovidas Sujidelis, dördüncü hakim isə Robertas Valikonis olacaq.

Qeyd edək ki, iyunun 10-du, saat 20:00-da başlanacaq oyun "Dalğa Arena"da keçiriləcək.

Daha çox


Son xəbərlər
topaz banner