Əliyar Ağayev Millətlər Liqasının oyununu idarə etdi

Əliyar Ağayev Millətlər Liqasının oyununu idarə etdi
XƏBƏR 5 İyun 2022 / 19:27 3572
-  A +

Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasında bu gün keçirilən San-Marino - Malta oyununu idarə edib.

Qol.az xəbər verir ki, matç Maltanın 2:0 hesablı qələbəsi ilə başa çatıb. Ağayev sözügedən görüşdə Maltadan 3, San-Marinodan 2 futbolçuya sarı vərəqə göstərib.

Qeyd edək ki, Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmrəli kömək edib. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirib.

Daha çox


Son xəbərlər
topaz banner