Mərkəzi Ordu İdman Klubunun sabiq rəhbəri Elxan Məcidov barəsində həbs qətimkan tədbiri seçilib.
Qol.az APA-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə müstəntiqin Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun sabiq rəisi Elxan Məcidovun barəsində vəsatətinə baxılıb. Məhkəmənin 04.06.2022-ci il tarixli qərarına əsasən, Elxan Məcidovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
İstintaq orqanı Elxan Məcidovu Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə külli miqdarda rüşvət almada və digər cinayət əməllərində təqsirləndirir.
Elxan Məcidov xidmət etdiyi dövr ərzində, çoxsaylı hərbi qulluqçuların külli miqdarda rüşvət müqabilində əsassız olaraq Mərkəzi Ordu İdman Klubuna köçürülməsini, aylığa buraxılmasını təmin edib.
Qeyd edək ki, Elxan Məcidov əvvəllər Azərbaycan Ordusunun keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıkovun köməkçisi vəzifəsində işləyib.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər
İsa Sülimanın komandası Hindistana məğlub oldu