Pike və Şakira ayrıldıqlarını elan etdilər

Pike və Şakira ayrıldıqlarını elan etdilər
XƏBƏR 4 İyun 2022 / 16:06 5848
-  A +

"Barselona"nın futbolçusu Jerar Pike və məhşur muğənni Şakira ayrıldıqlarını açıqlayıblar.

Qol.az EFE-yə istinadən xəbər verir ki, cütlük birgə bəyanatla ayrıldıqlarını təsdiq ediblər:

“Yollarımızın ayrıldığını elan etməkdən təəssüflənirik.  Bizim əsas prioritetimiz olan uşaqlarımızın rifahı naminə şəxsi həyatın toxunulmazlığına hörmət edilməsini xahiş edirik. Anlayışınız üçün təşəkkür edirik”.

“Barselona”nın müdafiəçisi ilə müğənni 12 ilə yaxın bir yerdə olsalar da, rəsmi nikahda olmayıblar. Cütlüyün iki övladı var - Milan (9 yaş) və Saşa (6 yaş).

Cütlüyün Pikenin xəyanətinə görə ayrıldığı bildirilir. Bir neçə gün əvvəl Şakiranın Pikeni onların evlərində başqa bir qadınla gördüyü bildirilmişdi. 

Daha çox


Son xəbərlər
topaz banner