Azərbaycan milli komandası İtaliyanın Rimini şəhərində start götürən batut gimnastikası və tamblinq üzrə 28-ci Avropa çempionatında 1 qızıl, 1 bürünc medal qazanıb.
Qol.az Azərbaycan Gimnastika Federasiyasının saytına istinadən xəbər verir ki, ən yüksək nəticəni gənclər arasında batut üzrə Maqsud Mahsudov və Hüseyn Abbasovdan ibarət sinxron cütlük göstərib. Onlar 48.420 xalla fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Tamblinqdə isə Adil Hacızadə (23.700 xal), Mixail Malkin (31.200 xal) və Tofiq Əliyev (27.500 xal) böyüklərin komanda yarışında bürünc medala sahib çıxıb.
Bu gün Avropa çempionatında tamblinq üzrə gənclər arasında komanda yarışlarının finalı təşkil ediləcək. Azərbaycanı Bilal Qurbanov, Aleksey Karataşov, Hüseyn Əsədullayev təmsil edəcək.
İyunun 5-də isə fərdi proqramda tamblinq üzrə final mərhələsi, batut üzrə yarımfinal mərhələsi keçiriləcək.
Tamblinq üzrə fərdi proqramda böyüklər arasında Mixail Malkin və Tofiq Əliyev, gənclər arasında isə Hüseyn Əsədullayev çıxış edəcəklər.
Batut üzrə fərdi proqramda gənclər arasında Hüseyn Abbasov və Maqsud Mahsudov, böyüklər arasında isə Selcan Mahsudova mübarizəyə qoşulacaq.
Qeyd edək ki, 26 - 28 mayda eyni şəhərdə batut gimnastikası və tamblinq üzrə keçirilən 3-cü “Aere Trampoline Cup” beynəlxalq turniri və Dünya kubokunda da Azərbaycan millisi uğurla çıxış edib. Beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş medal, Dünya kubokunda isə tambliq üzrə 1 gümüş medal əldə olunub.
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama
Cahangir Həsənzadə AFFA-dakı vəzifəsindən ayrılır
Azərbaycanda ən çox azarkeş toplayan komandalar açıqlandı
UEFA Azərbaycan klublarına nə qədər maliyyə vəsaiti ayırıb?