UEFA Çempionlar Liqasının finalında "Liverpul" - "Real" oyunu (0:1) zamanı iğtişaşlara görə zərər çəkən azarkeşlərdən üzr istəyib.
Qol.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı bəyanat yayıb. Məlumatda bildirilib:
“UEFA Avropa klub futbolunun bayramı sayılan Çempionlar Liqasının finalında dəhşətli və qorxulu hadisələrlə üzləşmiş və ya onlara şahid olmuş bütün tamaşaçılardan səmimi qəlbdən üzr istəyir. Heç bir azarkeş bunu yaşamamalıdır və belə hal bir daha təkrarlanmamalıdır”.
UEFA Çempionlar Liqasının finalı öncəsi baş verən iğtişaşlarla bağlı müstəqil araşdırmanın davam etdiyini də xatırladıb.
Qeyd edək ki, bundan əvvəl 30-40 min azarkeşin qeyri-qanuni olaraq oyuna daxil olmağa çalışdığı və polisin onların qarşısını almaq üçün gözyaşardıcı qazdan istifadə etdiyi bildirilirdi. Qalmaqal səbəbindən matçın startı yarım saatdan çox gecikmişdi. Eyni zamanda stadionda baş verən iğtişaşlara görə bileti olan 2700 azarkeş stadiona daxil ola bilməyib. 2800 nəfər ingiltərəli fanat isə matçı saxta biletlərlə izləməyə çalışıb. Həm “Rea” , həm də “Liverpul” matçın təşkilatçılarını və UEFA-nı Parisdəki oyunun aşağı səviyyədə təşkilində ittiham edib.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər