Millidə yeni baş məşqçi

Millidə yeni baş məşqçi
XƏBƏR 3 İyun 2022 / 18:30 2978
-  A +

Kolumbiya millisinin yeni baş məşqçisi müəyyənləşib.

Qol.az yerli federasiyanın saytına istinadən xəbər verir ki, yığmanı Nestor Lorenso çalışdıracaq.

Argentinalı mütəxəssislə dörd illik müqavilə imzalanıb. O, komandanı 2026-cı ildə keçiriləcək dünya çempionatına aparmalıdır.

Qeyd edək ki, 56 yaşlı mütəxəssis 2012-2019-cu illərdə Kolumbiya millisinin məşqçilər korpusunda yer alıb.

Daha çox


Son xəbərlər
topaz banner