"Azərbaycan millisinə azarkeşlik edəcəyəm"

"Azərbaycan millisinə azarkeşlik edəcəyəm"
XƏBƏR 2 İyun 2022 / 12:41 3522
-  A +

"Oyun gərgin, maraqlı keçəcək. Milli komandalarımız arasında matçlar həmişə maraqlı, kifayət qədər gərgin keçir. Görüş hansısa tərəf üçün asan olmur. Prinsipcə, mənim üçün keçmiş oyunçu kimi ilk matçı səfərdə oynamaq daha yaxşıdır.".

Qol.az xəbər verir ki,  bunu Rusiyanın SSKA klubunun qapıçılar üzrə məşqçisi Dmitri Kramarenko UEFA Millətlər Liqasında Qazaxıstan və Azərbaycan milliləri arasında  iyunun 3-ü keçiriləcək 1-ci tur oyunu barədə sports.kz saytına danışarkən deyib.

"Düşünürəm ki, hər iki komanda ilk oyuna optimal vəziyyətdə çıxacaq. Həm bir komandada, həm də digər komandada kifayət qədər yaxşı səviyyəli oyunçular var. Nəticəni proqnozlaşdıra bilmərəm, amma mənə elə gəlir ki, şanslar bərabərdir. Təbii ki, milli komandama - Azərbaycan millisinə azarkeşlik edəcəyəm" - deyə o bildirib

Azərbaycan millisinin sabiq üzvü  2004-cü ildə Qazaxıstanı 3:2 hesabı ilə məğlub etdikləri yoldaşlıq oyununu da xatırladıb:  "Təəssüratlar yaxşı idi. Stadion dolu idi, Almatıda Qazaxıstan azarkeşlərindən çox yaxşı dəstək oldu. Maraqlı oyun alındı. Əvvəlcə 2:1 hesabı ilə öndə idik. Sonra 2:2 hesabı oldu. Yekunda 3:2 hesabı ilə qalib gəldik.  O vaxt yadımdadır, Qazaxıstan millisində kifayət qədər bacarıqlı oyunçular var idi. Qələbə qazanmağı bacardıq. Bu, çox sevindirici idi. Azarkeşlərlə dolu tribunalarda qalib gəlmək xoşdur".

Kramarenko “Astana Arena”nın süni meydançası yığmanın futbolçularına problem yaratmayacağını söyləyib: "Hesab edirəm ki, bu, komandamız üçün böyük problem olmayacaq, çünki Azərbaycanda keyfiyyətli süni örtüklü meydançalar kifayət qədərdir. Astanada süni örtük yaxşıdır, keyfiyyətlidir, ona görə də adaptasiya baxımından bəlkə ilk 20-25 dəqiqə öyrəşmək lazım gələcək. Sonra hər şey yaxşı olacaq".

O, Qazaxıstanın "Turan" klubunda çıxış edən millimizin qapıçısı Emil Balayev haqda da danışıb: "O, indi Qazaxıstanda daha çox oynamalıdır. Növbəti bir neçə matçda Emil öz optimal vəziyyətini, "Tobol"da oynadığı vaxtdakı o yaxşı oyun tempini qazanacaq".


Son xəbərlər
topaz banner