Millinin oyunlarını buraxacaq

Millinin oyunlarını buraxacaq
XƏBƏR 1 İyun 2022 / 18:52 1320
-  A +

İspaniya millisinin yarımmüdafiəçisi Tiaqo Alkantara zədə səbəbindən  Millətlər Liqasında iyunda keçiriləcək oyunları buraxacaq.

Qol.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi zədələnib. O, yığmanın düşərgəsini tərk edib. 

Alkantara Portuqaliya, İsveçrə və Çexiya ilə iki matçda milliyə kömək etməyəcək. Qeyd olunur ki, Luis Enrikenin məşqçilər korpusu Alkantaranın yerinə başqa futbolçu çağırmayacaq.

Qeyd edək ki, 2021/2022 mövsümündə ispaniyalı futbolçu "Liverpul"un heyətində bütün yarışlarda 39 oyunda 2 qol vurub və 5 qolun ötürməsini verib.


Son xəbərlər
topaz banner