Kyellini millidəki son oyunu haqda

Kyellini millidəki son oyunu haqda
XƏBƏR 1 İyun 2022 / 17:38 1816
-  A +

İtaliya millisinin futbolçusu Corcio Kyellini yığmadakı son oyunu - Finalissimada Argentina ilə matç öncəsi emosiyalarını bölüşüb.

Qol.az xəbər verir ki, 37 yaşlı müdafiəçi deyib:

“Mən bu formanı geyinməyi xəyal edirdim. Bunun üçün mübarizə apardım və qalib gəldim. Mən milli haqqında hər şeyi sevirəm. Mən həmişə bu formaya inanmışam. Bu formadan çox şey öyrəndim. Onun üçün ağladım və bütün həyatımı ona həsr etdim. İndi onu son dəfə geyinmək vaxtıdır. Bu, ilk dəfə olduğu kimi unikal bir təcrübə olacaq. Bu hiss həmişə mənimlə qalacaq”.

Qeyd edək ki, bu gün İtaliya və Argentina milliləri arasında keçiriləcək Finalissima Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu qarşılaşma Corcio Kyellini üçün 117-ci və sonuncu olacaq. O, 2004-cü ildə millidə debüt edibə


Son xəbərlər
topaz banner