İtaliya millisinin baş məşqçisi Roberto Mançini Argentina ilə keçirəcəkləri Finalissima matçı ərəfəsində argentinalı hücumçu Lionel Messi haqda fikirlərini bölüşüb .
Qol.az xəbər verir ki, mütəxəssis "L`Equipe"yə açıqlamasında deyib:
“Məncə, Messi dünyanın ən yaxşı oyunçusudur. Bir neçə il İtaliyada Maradonanın oyununu izləmək imkanım oldu və düşünürəm ki, Messi ona bənzəyir. O, tarixin ən yaxşı futbolçularından biridir. Messi keçən mövsüm çox qol vurmadı. Yəqin səbəbi uzun müddət sonra komanda dəyişməsidir. Bəzən dəyişikliklərə alışmaq üçün vaxt lazımdır. Amma yenə də onu ən yaxşı oyunçu hesab edirəm. Finalissima matçında biz Lioneli yaxından izləməli olacağıq, çünki o, oyunun gedişatını bir saniyəyə çevirə bilir”.
Qeyd edək ki, Finalissima tarixdə ilk dəfə keçirilir. Turnirdə son Avropa çempionatının və son Cənubi Amerika kubokunun qalibləri qarşılaşır. Bu gün keçiriləcək görüş Bakı vaxtı ilə saat 22?45-də başlayacaq.
Kadidən 40-cı qol
“Zirə”nin 25-ci qələbəsi
"Qarabağ" - "Sabah" oyunundakı qollar - Video
"Zirə" Azərbaycan çempionu oldu
"Zirə" "Turan Tovuz"u belə məğlub etdi - Video
İllərdir futbolumuzda belə anşlaq olmurdu - Video
"Finala çıxdığımızı düşünmürəm" - Rəşad Sadıqov
"Şəfa" büdrədi, "Şahdağ Qusar" qalib gəldi
“Haqqımız Əliyar Ağayevin haramı olsun” - Video
Luçeskunun durumu açıqlandı
Qattuzo istefaya göndərilməsindən danışdı
"Qarabağ" - "Sabah": Heyətlər
"Baku Open" şahmat festivalı keçiriləcək
Messinin DÇ-2026-da iştirakı sual altındadır
Premyer Liqanın ən yaxşı oyunçusu seçildi
Qattuzo istefaya göndərildi
"Turan Tovuz" - "Zirə": Heyətlər
Arteta İngiltərədə ən yaxşı məşqçi seçildi
Luçeskunun ürəyi tutuldu
"Fənərbaxça"nın futbolçusu azadlığa buraxıldı
Harri Keyn sabah oynamayacaq
FİFA finala biletlərin qiymətini kəskin artırdı
Lukas Peresin yeni klubu məlum oldu
Azərbaycan futzal millisinin heyəti açıqlandı
AFFA prezidentindən Qurban Qurbanovla bağlı açıqlama