“10 ballıq şkalı üzrə başa çatan mövsümdəki oyunlarıma 9 qiyməti verərdim. Çünki afrikalı futbolçuya xaricdə qol vurmaq asan deyil”.
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın futbolçusu Ovusu Kvabena bildirib. Qanalı hücumçu ötən mövsümü Türkiyə birinci liqa təmsilçisi “Ankaragücü”də keçirib. 24 yaşlı oyunçu liqada 7, kubokda 3 olmaqla 10 qol vurub, 4 qolun isə ötürməsini edib.
Kvabena ölkəsinin mətbuatına açıqlamasında qeyd edib ki, afrikalı futbolçulardan Sadio Mane və Məhəmməd Salah da qol vurmaqdan daha çox əzmlə çalışırlar: “Müşahidə etdiyim budur ki, qanalı futbolçuların xaricdə qol vurması çətindir. Harri Keyn şans qazanan kimi rahatlıqla qol vura bilir. Bizlər isə çox mübarizə aparırıq. Düşünürəm ki, bizdən fərqli olaraq, avropalılar futbolda çox şey öyrənirlər”.
Qeyd edək ki, “Ankaragücü” ilə müqavilə müddəti başa çatan Ovusunun tezliklə “Qarabağ”ın düşərgəsinə qayıdacağı gözlənilir.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər