"Bavariya"nın futbolçusu Robert Levandovski karyerasını "Barselona"da davam etdirmək istəyir.
Qol.az xəbər verir ki, bu barədə "Diario Sport" məlumat yayıb. 33 yaşlı hücumçu ilə Kataloniya klubu arasında danışıqlar qabaqcıl mərhələdədir. Tərəflər demək olar ki, razılıq əldə ediblər. Gözlənildiyi kimi, klubla futbolçu arasında danışıqlarda problem olmayacaq. Digər məsələ isə Levandovski ilə 2023-cü ilə qədər müqaviləsi olan "Bavariya"nın mövqeyidir. Münhen klubu hücumçunu buraxmaq istəmir. Ona görə də "Barselona" "Bavariya"nın mövqeyini dəyişməyə məcbur edəcək addımlar atmalı olacaq.
Polşalı forvard iyunun 14-də Polşa - Belçika matçından sonra "Barselona"ya keçmək istəyir. O, gələcəyinin artıq həll olunduğunu bilərək məzuniyyətə getmək niyyətindədir.
Qeyd edək ki, Levandovski 2021/22 mövsümündə "Bavariya"nın heyətində bütün turnirlərdə 50 matçda 46 qol vurub.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər