"Ağciyərlərim zədələndiyi üçün ay yarım qaça bilmədim"

"Ağciyərlərim zədələndiyi üçün ay yarım qaça bilmədim"
XƏBƏR 31 May 2022 / 12:05 1977
-  A +

PSJ-nin futbolçusu Lionel Messi koronavirusa yoluxduğu vaxtları xatırlayıb.

Qol.az xəbr verir ki, 34 yaşlı hücumçu "TyC Sport"a açıqlamasında bu barədə danışıb. Argentinalı oyunçu deyib: 

"Koronavirus həqiqətən mənə çox təsir etdi. Simptomlar, məncə, əksər insanlardakı kimi idi. Temperatur, öskürək, boğaz ağrısı...Koronavirus məndə fəsadlar yaratdı, ciyərlərim zədələndi. Ağciyərim zədələndiyinə görə ay yarım qaça, məşq edə bilmədim. Qorxmadım, amma bununla bağlı o qədər hekayələr var idi ki, heç nəyə başlamaq belə istəmirdim. Mən lazım olduğundan daha tez qayıtdım və vəziyyəti daha da pisləşdirdim”.

Qeyd edək ki, forvard 2021/22 mövsümündə PSJ ilə 34 oyunda 11 qol vurub və 14 qolun ötürməsini verib. Onun klubla müqaviləsi 30 iyun 2023-cü ilə qədərdir.


Son xəbərlər
topaz banner