"Mançester Siti" baş məşqçisi Pep Qvardiola ilə yeni müqavilə imzalamağa tələsmir.
Qol.az xəbər verir ki, bu barədə "şəhərlilər"in prezidenti Haldun Əl-Mbüarək klubun rəsmi saytına açıqlamasında danışıb. O yeni sözləşmə imzalamağa və kuboklar qazanmağa görə mütəxəssisə təzyiq göstərməyəcəklərini deyib:
"Pepə həddindən artıq təzyiq göstərməyə ehtiyac yoxdur. Çünki o, özünə hər kəsə bəs edəcək qədər təzyiq göstərir. Mən isə əksinə, onun üzərindəki bu təzyiqi almağa çalışıram. Çünki məncə, Pep özünə çox təzyiq göstərir. Bir baş məşqçiyə bu və ya başqa bir kuboku qazanmalısan deyə tələb qoyulmamalıdır. Hamımız bu işin içindəyik. Hər mövsüm qələbə üçün yaşayırıq və hər oyunda qalib gəlməyə çalışırıq. Pep "Mançester Siti"də qaldığı qədər nə "Bavariya"da, nə də "Barselona"da vaxt keçirib. Onunla illərdir ki, mükəmməlliklər yaradan əməkdaşlığımız var. Qvardiola artıq "Mançester Siti"dəki 7-ci ilinə yaxınlaşır. Gələn il onun klubumuzdakı varlığının ən həyəcanlı hissəsi olacaq və biz bunun hər anından həzz alırıq. Müqavilə danışıqları Pep üçün doğru zamanda, lazımi tempdə və lazımi çərçivə daxilində olacaq”.
Qeyd edək ki, "Mançester Siti" Qvardiola ilə 2021/22 mövsümündə İngiltərə Premyer Liqasının çempionluğunu qazanıb.
PSJ-dən Markinyos qərarı
Cəzalı olsa da, millinin toplanışını yarımçıq qoymadı
İlin ən yaxşı klubuna namizədlər bilindi
Bellinqemin “Real”dan tələbləri var
Qvardiolanı ABŞ millisinə dəvət etdi
“Qarabağ” Qazaxıstan klubu ilə qarşılaşdı
Premyer Liqada hakimlər 6 səhv qərar verdi
“Arsenal” onların müqaviləsini yeniləyir
“Mançester Yunayted” FİFA-ya şikayət etməyə hazırlaşır
Kompani yenidən iş başında
“Qalatasaray” azarkeşlərə təzminat ödəyə bilər
DÇ-2030-da məcburi su fasilələri olacaq?
2-ci liqada 11 oyunun saatı açıqlandı
Azərbaycan cüdoçularının DÇ-dəki ilk rəqibləri məlum oldu
Azərbaycan millisi FİFA reytinqində 3 pillə irəlilədi
Onana "Aston Villa"da qalacaq
"Real" Arda Gülerlə müqaviləni uzatdı - Rəsmi
Xuan Mata karyerasını başa vurdu
“Qarabağ” və “Zirə”nin futbolçuları qələbədə iştirak etdilər