Millimizin rəqibindən qələbə

Millimizin rəqibindən qələbə
XƏBƏR 31 May 2022 / 10:18 1067
-  A +

Azərbaycanın Millətlər Liqasındakı rəqibi Qazaxıstan yığması komandamızla matç öncəsi yoldaşlıq oyunu keçirib.

Qol.az xəbər verir ki, Qazaxıstan millisi “Astana Arena”da ölkənin U-21 komandası ilə qarşılaşıb. A yığması  4:1 hesabı ilə qalib gəlib.

Əsas millinin qollarını Aleksandr Maroçkin (29, 45), Maksim Samorodov (47) və Aleksey Şetkin (81, pen.) vurublar. 

Qeyd edək ki, Qazaxıstan - Azərbaycan oyunu iyunun 3-də "Astana Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.


Son xəbərlər
topaz banner