"Qarabağ"ın legioneri milliyə çağırıldı

"Qarabağ"ın legioneri milliyə çağırıldı
XƏBƏR 30 May 2022 / 16:18 2614
-  A +

"Qarabağ"ın monteneqrolu futbolçusu Marko Veşoviç ölkəsinin milli komandasına dəvət olunub. 

Qol.az xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin mətbuat xidməti məlumat yayıb. 30 yaşlı müdafiəçinin Millətlər Liqasında Rumınya, Finlandiya və Bosniya və Herseqovinaya qarşı keçiriləcək matçlar üçün Monteneqro yığmasına çağırıldığı bildirilib. 

Qeyd edək ki, Veşoviç 2021-ci ildən "Qarabağ"da, 2013-cü ildən Monteneqro millisində oynayır. 


Son xəbərlər
topaz banner