"Mbappe üçün ən düzgün seçim PSJ-də qalmaqdır"

"Mbappe üçün ən düzgün seçim PSJ-də qalmaqdır"
DÜNYA FUTBOLU 8 Aprel 2022 / 22:38 3225
-  A +

PSJ-nin baş məşqçisi Maurisio Poçettino Paris təmsilçisindən ayrılacağı xəbərləri yayılan Kilian Mbappe haqda danışıb.

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, o deyib ki, 23 yaşlı hücumçu üçün ən yaxşı seçim hazırkı klubunda qalmaqdır: "Bir baş məşqçi olaraq həm Kilian, həm də PSJ üçün ən yaxşısını istəyirəm. Ən yaxşısı Mbappenin burada qalmasıdır. Kilian üçün ən düzgün ünvan PSJ-dir. Danışıqlar davam edir. Nələr olacağını görəcəyik".

Qeyd edək ki, Mbappenin PSJ ilə müqaviləsi yayda başa çatır. Onun adı "Real"la hallanır.


Son xəbərlər