Səkkiz futbolçu PSJ-nin məşqini buraxdı

Səkkiz futbolçu PSJ-nin məşqini buraxdı
DÜNYA FUTBOLU 8 Aprel 2022 / 19:49 2373
-  A +

PSJ-də Fransa Liqasının 31-ci turunda "Klerman"la səfər oyunu öncəsi zədəli futbolçuların çoxluğu problemi ilə üzləşib.

Qol.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris təmsilçisinin 8 oyunçusu komandanın bu gün keçirilən məşqini buraxıb. Bunlar qapıçı Keylor Navas, yarımmüdafiəçilər Yulian Draksler, Ander Herrera, İsmael Qarbi, Anxel Di Mariya, Leandro Paredez və müdafiəçilər Abdu Diallo, Layven Kurzavadır.

Serxio Ramos isə  ümumi qrupda məşq edib.

Qeyd edək ki, "Klermon" - PSJ görüşü sabah keçiriləcək.


Son xəbərlər