“Hesab edirlər ki, avrokubok oyununu plastik meydanda keçirmək olar”

“Hesab edirlər ki, avrokubok oyununu plastik meydanda keçirmək olar”
DÜNYA FUTBOLU 8 Aprel 2022 / 11:13 2098
-  A +

“Roma”nın futbolçusu ciddi zədə alıb. Mən bunu plastik meydanın nəticəsi hesab edirəm”.

Qol.az-ın xəbərinə görə, bu sözləri “Roma”nın baş məşqçisi Joze Mourinyo deyib. O, Norveçdə “Budye Qlimt”ə qarşı keçirdikləri Konfrans Liqasının 1/4 final mərhələsinin ilk matçından sonra meydanın durumundan narazılığını bildirib və örtüyü "plastik meydan" adlandırıb.

“İnsanlar hesab edir ki, avrokubokların oyunlarını plastik meydanda keçirmək olar” – deyə Mourinyo qeyd edib.

Qeyd edək ki, “Budye Qlimt” – “Roma” matçında meydan sahibləri 1:0 hesabı ilə qələbə qazanıblar. Cavab matçı aprelin 14-də keçiriləcək.


Son xəbərlər