Çempionlar Liqasında həftənin futbolçusu açıqlandı

Çempionlar Liqasında həftənin futbolçusu açıqlandı
DÜNYA FUTBOLU 7 Aprel 2022 / 20:10 3085
-  A +

Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu açıqlanıb.

Qol.az UEFA-nın saytına istinadən xəbər verir ki, "Real"ın hücumçusu Kərim Benzema bu ada layiq görülüb.

Fransalı futbolçu səsvermədə "Vilyarreal"dan Covani Lo Çelsonu, "Liverpul"dan Luis Diası və "Mançester Siti"dən Kevin De Brüyneni geridə qoyub.

Qeyd edək ki, 35 yaşlı forvard "Çelsi"yə 3:1 hesabı ilə qalib gəldikləri matçda het-trik edib.


Son xəbərlər