Fil Dişi Sahilli millinin sabiq üzvü Didye Droqbanın oğlu İsaak Droqba "Akademika de Koimbra"nın düşərgəsindən qaçıb.
Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, O, yanvarda Fransadakı imtahanlarını bəhanə edərək Portuqaliya klubunun rəhbərliyindən icazə alıb. 21 yaşlı futbolçu indiyə kimi klubun düşərgəsinə qayıtmayıb. İsaak hətta Portuqaliya təmsilçisindən heç kimlə əlaqə saxlamayıb.
"Akademiya de Koimbra"nın baş məşqçisi Miqel Karvalyo oyunçunun bu hərəkəti ilə bağlı deyib: "İsaak əyləncəli, sürətli, səviyyəli hücumçudur. Ancaq onun zamanı ehtiyacı var idi. Klubun düşərgəsini tərk etdi və qayıdıb-qayıtmayacağı ilə bağlı məlumatımız yoxdur".
İ.Droqbanın ailəsi isə baş verənlərlə bağlı hər hansı açıqlama verməyib.
Qeyd edək ki, İsaak 2021-ci ilin sentyabrında Portuqaliya təmsilçisi ilə müqavilə imzalayıb.
"Real”ın futbolçusu sıradan çıxdı
Haalandın bombardirlər arasında da rekordu var
"Portuqaliya mən gələnədək heç nə qazanmamışdı"
"Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxır
“Qarabağ”la oyunda zədələnən Laviya uzun müddət oynamayacaq
“Ayaks” baş məşqçisi ilə yollarını ayırdı
"Fiziki cəhətdən zəif təsir bağışladıq" - Yevgeni Kukseviç
Lukmanla baş məşqçi arasında soyuq küləklər əsir
Futzal millimiz məğlub oldu
Fransa yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlandı
“Araz-Naxçıvan”ın 1/8 finaldakı rəqibi müəyyənləşdi
Mourinyo: "Mən hakimi sevmirəm, o da məni"