"Qalatasaray" ukraynalı uşaqlar üçün "Dinamo" ilə qarşılaşacaq

"Qalatasaray" ukraynalı uşaqlar üçün "Dinamo" ilə qarşılaşacaq
DÜNYA FUTBOLU 7 Aprel 2022 / 13:54 1039
-  A +

"Qalatasaray" Kiyev "Dinamo"su ilə yoxlama oyunu keçirəcək.

Qol.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, Rusiya - Ukrayna müharibəsində yetim qalan ukraynalı uşaqlara kömək etmək məqsədi ilə bu görüş oynanılacaq. Matç aprelin 14-ü İstanbulda keçiriləcək. 

Məlumatı Ukrayna klubunun baş məşqçisi Mirça Luçesku təsdiqləyib.

Qeyd edək ki, hazırda Rumıniyada təlim-məşq toplanışında olan "Dinamo" aprel-iyun aylarında Avropa klubları ilə bir sıra yoxlama görüşləri keçirməlidirlər. Klublar arasında Dortmund "Borussiya"sı (Almaniya) , PSJ (Fransa) , "Barselona" (İspaniya) və "Milan"  (İtaliya) da var.


Son xəbərlər