Rusiya və Ukrayna arasındakı müharibədən uzun illərdir Ukraynada yaşayan və artıq buranın vətəndaşı olan həmyerlilərimiz də əziyyət çəkirlər. Onlardan biri də yunan-roma güləşi üzrə son olimpiadanın gümüş mükafatçısı, Ukraynaya çoxsaylı medal qazandırmış Pərviz Nəsibovdur.
Qol.az xəbər verir ki, hazırda hadisələrin yaşandığı ən gərgin nöqtələrdən birində olan Nəsibov "Xəzər Xəbər"ə danışıb.
Rusiya-Ukrayna müharibəsi idmançılardan da yan keçmir. Bu ölkədə yaşayan və Azərbaycan bayrağı altında çıxış edən ukraynalılar, eləcə də Ukraynanı təmsil edən həmyerlilərimiz də təəssüf ki, anbaan təhlükə yaşayırlar. Belə idmançılardan biri də yunan-roma güləşində son olimpiadada Ukraynaya gümüş medal qazandıran Pərviz Nəsibovdur.
Məlum olduğu kimi, Ukraynanın bir çox tanınmış idmançıları da ordu sıralarına qatılıblar. Pərviz Nəsibov da istənilən durumda Kiyevi tərk etmək fikrində deyil.
Kiçik yaşlarından Ukraynada yaşamasına və bu ölkəni təmsil etməsinə baxmayaraq, həmyerlilərimiz Pərvizə dəstəyini əsirgəmirlər. Olimpiya mükafatçısı Azərbaycana bağlı şəxslərin və qurumların diqqətindən məmnundur.
23 yaşlı Pərviz Nəsibov Ağstafa rayonunda anadan olub. Gənclər arasında Avropa çempionu və dünya mükafatçısı, son olimpiadanın isə gümüş mükafatçısıdır.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"