Bu həftə keçiriləcək oyunlarla Unibank Premyer Liqasının təsnifat mərhələsinin ikinci dövrəsinə start veriləcək. Qol.Az-ın məlumatına görə, turun açılış oyununda Ağdamın “Qarabağ” klubu MOİK-i qəbul edəcək. İlk dövrədə bu komandalar arasında keçirilən qarşılaşmada baş məşqçi Qurban Qurbanovun yetirmələri minimal hesablı qələbə qazana bilmişdilər. Turnir cədvəlinin 5-ci pilləsində yer alan Ağdam klubu liderlər qrupu ilə xal fərqinin artmaması üçün bu gün keçiriləcək oyunda mütləq qələbə qazanmağı hədəfləyir. Türkiyə Super Liqasına transfer olunan Rəşad Sadıqovu və dizindəki zədə səbəbindən uzun müddətə sıradan çıxan Əfran İsmayılovu itirən “Qarabağ”ın daha bir neçə futbolçusu komandaya bu günkü qarşılaşmada kömək edə bilməyəcək. Belə ki, Samir Abasov, Emin İmaməliyev və Maksim Medvedyevin də bu oyunda meydana çıxması sual altındadır.
İkinci dövrənin açılış turunun qalan bütün görüşləri isə sabah oynanılacaq. Turun mərkəzi qarşılaşması da Bakıda keçiriləcək. Unibank Premyer Liqasının hazırkı lideri olan “Neftçi” son ölkə çempionu “İnter”lə qarşılaşacaq. Şənbə günü keçiriləcək paytaxt derbisinin maraqlı və gərgin idman mübarizəsində keçəcəyini proqnozlaşdırmaq olar. Çünki cari mövsümdə uğurlu çıxışı ilə diqqət çəkən “Neftçi” son turda “Bakı” klubuna 2:0 hesabı ilə qalib gəlməyi bacarmışdı. Səfərdə “Simurq”un qonağı olan “İnter” isə rəqibini minimal hesabla məğlub edərək liderlə 4 xallıq fərqi qoruya bildi. Xatırladaq ki, ilk dövrədə “Şəfa”da keçirilən qarşılaşmada baş məşqçi Arif Əsədovun yetirmələri rəqibini 2:0 hesabı ilə məğlub etmişdilər. Həmin oyunda fərqlənən “ağ-qaralar”ın özbəkistanlı legioneri Bahadır Nəsimov 11 turdan sonra vurduğu 12 qolla Unibank Premyer Liqasının bombardirləri siyahısına başçılıq edir.
12-ci turun daha bir maraqlı qarşılaşması isə Gəncə şəhərində baş tutacaq. Yerli komanda Bakının eyniadlı klubunu qəbul edəcək. Qeyd edək ki, “Gəncə” cari mövsümdə doğma meydanda keçirdiyi oyunlarda məğlub olmayıb. Bundan əlavə “İnter” və “Xəzər Lənkəran” kimi klublara da qalib gələn baş məşqçi Fuad İsmayılovun yetirmələri qalib gələcəkləri təqdirdə həm ən yaxın izləyicisi ilə xalq fərqini, həm də ilk altılığa düşmək şanslarını artırmış olacaq.
12-ci turun digər üç qarşılaşmasında isə “Qəbələ” “Xəzər Lənkəran”ı, “Muğan” “Turan”ı, “Simurq” AZAL-ı qəbul edəcək. İkinci pillədə qərarlaşan Lənkəran klubunu Qəbələdə çətin sınaq gözləyir. Axı Mirça Rednikin komandası cari mövsümün açılış turunda bu rəqibi üzərində son dəqiqələrdə vurulan yeganə qolla yenə bilmdişdi. İndi isə Toni Adamslı “Qəbələ” daha iddialı təsir bağışlayır və “Xəzər Lənkəran”ı büdrədə bilər. İşləri heç də pis getməyən AZAL isə əslində özünə doğma olan meydanda “Simurq”un qonağı olacaq. “Muğan” isə turnir cədvəlindəki ən yaxın izləyicisi “Turan”ı qəbul edəcək. İlk qələbəsini ötən tur qazanan tovuzlular bu uğurun davamını gətirə bilməsə də, ən azından xal qazana bilər.
Unibank Premyer Liqası
12-ci tur
5 noyabr (cümə)
"Qarabağ" - MOİK
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Elşən Durmuşov, Elçin Məmmədov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 14:00.
6 noyabr (şənbə)
"Qəbələ" - "Xəzər Lənkəran"
Hakimlər: Fariz Yusifov, Azər Əsgərov, Ramiz Əsədov, Fuad Həsənov.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Qəbələ. Şəhər stadionu. Saat 14:00.
"Neftçi" - "İnter"
Hakimlər: Rövşən Əhmədov, İlham Əliyev, Eldar Nağıbəyov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Məlik Həsənov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16:00.
"Muğan" - "Turan"
Hakimlər: Ceyhun Haşımov, Munis Abdullayev, Roman Vasilyev, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Salyan. OİK stadionu. Saat 14:00.
"Gəncə" - "Bakı"
Hakimlər: Anar Salmanov, Mehman Mahmudov, Aydın Ələkbərov, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Nüvər Xasıyev.
Gəncə. Şəhər stadionu. Saat 14:00.
"Simurq" - AZAL
Hakimlər: Rauf Cabbarov, Vaqif Musayev, Habil Əliyev, Alik Yunusov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Əmir Zamanov
Bakı. "Şəfa" stadionu. Saat 14:00.
| 1 | "Neftçi" | 11 | 8 | 2 | 1 | 25-6 | 26 |
| 2 | "Xəzər Lənkəran" | 11 | 7 | 3 | 1 | 13-5 | 24 |
| 3 | "İnter" | 11 | 7 | 1 | 3 | 9-8 | 22 |
| 4 | AZAL | 11 | 6 | 3 | 2 | 16-6 | 21 |
| 5 | "Qarabağ" | 11 | 5 | 3 | 3 | 12-7 | 18 |
| 6 | "Qəbələ" | 11 | 4 | 3 | 4 | 8-7 | 15 |
| 7 | "Gəncə" | 11 | 3 | 6 | 2 | 17-15 | 15 |
| 8 | "Bakı" | 11 | 3 | 3 | 5 | 12-15 | 12 |
| 9 | "Muğan" | 11 | 2 | 4 | 5 | 6-11 | 10 |
| 10 | "Turan" | 11 | 1 | 4 | 6 | 9-17 | 7 |
| 11 | "Simurq" | 11 | 1 | 3 | 7 | 9-19 | 6 |
| 12 | MOİK | 11 | 1 | 1 | 9 | 4-24 | 4 |
Baş məşqçi millini tərk etməyə hazırlaşır
Safanova görə klubdan gedə bilər
“Kristal Pelas” satışa çıxarılır?
Fransa - Seneqal: Heyətlər
"Neftçi"nin yay hazırlığı harada olacaq?
"Sumqayıt" Hakan Sünalla yolları ayırdı
"Həddindən artıq ciddi olmalıyıq" - Qurban Qurbanov
Amorim rəsmən "Milan"da
"Zirə"nin rəqibi bilindi
"Qarabağ"dan növbəti transfer - Rəsmi
Avrokuboklarda debüt edəcəklər - İlk rəqibləri “Qarabağ”dır!
"Qarabağ"ın rəqibi bəlli oldu
“Müqəddəslər” kimlərdir? - “Sabah”ın rəqibini tanıyaq
Vizası sadəcə bir matça çatdı, vaxtı bitdi
"Sabah"ın rəqibi müəyyənləşdi
"Şəfa" onları da göndərdi
DÇ-2026-nı buraxacaq
"Şamaxı"dan ayrıldı, 1-ci liqa klubuna keçdi
Bernardo Silva "Real"da
İspaniyanın DÇ-də uğursuz seriyası davam edir
Cavid Hüseynov: "Asan olmayacaq"
İnfantino İran millisinə: "Hücumçu kimi oynaya bilərəm”
"Araz-Naxçıvan" yeni baş məşqçisini açıqladı
Boqanın transfer hüquqlarını aldılar
"Real" Rüdigerlə müqaviləni uzatdı
PFL prezidentindən o futbolçuya xüsusi hədiyyə
"Zirə" kapitanı ilə bağlı qərarını açıqladı
"Neftçi"nin keçmiş baş məşqçisi sabiq klubuna qayıtdı
"Şəfa"da növbəti müqavilə
Tarixdə ilk: Həm ana, həm də oğul...
İran - Yeni Zelandiya oyunundakı 4 qol - Video
Azərbaycan Güləş Federasiyasında yeni Komitə yaradıldı
DÇ-2026-da yeni baş məşqçi
ABŞ-da milli komanda polis iti ilə yoxlanıldı - Video
UEFA Azərbaycan klublarının mümkün rəqiblərini azaltdı
Ozan Can Kökçü Türkiyə klubunda
"Sabah" onu birdəfəlik transfer etdi