“U-15/U-16 millimizə Füzuli Məmmədovun baş məşqçi təyin olunması müsbət addımdır. Çünki o, yaxşı məşqçidir. “Neftçi”ni də çalışdırıb və uğur qazanıb. Füzuli Məmmədov “Neftçi” ilə birlikdə Avropa Liqasında mübarizə aparıb”.
Bu sözləri Qol.az saytına açıqlamasında AFFA-nın vitse-prezidenti, Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov İcraiyyə Komitəsinin bu gün keçirilən iclasında qəbul edilən qərarlar barədə danışarkən deyib. O, U-15/U-16 millisinin Füzuli Məmmədova, U-17 millisinin Elxan Abdullayevə, U-18 millisinin isə Aqil Nəbiyevə həvalə olunması haqda fikirlərini bölüşüb:
“Aqil Nəbiyev U-17 ilə birlikdə hələ rəsmi yarışlarda iştirak etməyib. Buna görə də onun müqaviləsi uzadılmalı idi. Nəticədə U-18-ə baş məşqçi təyin edildi. Elxan Abdullayev isə əvvəllər U-19-a baş məşqçilik edirdi. Elxan Abdullayevin təcrübəsinə əsaslanaraq, onu U-17-yə baş məşqçi təyin etdik. Çünki o, yaxşı komanda formalaşdıra bilər. Bu məşqçilərin hər birinə uğurlar arzulayıram”.
Vaqif Sadıqov əsas millinin baş məşqçisi Canni de Byazi ilə 1 illik yeni müqavilə imzalanması barədə də danışıb. O bildirib ki, italiyalı mütəxəssisin qarşısına Millətlər Liqasında pley-off-a adlamaq kimi tələb qoyulub.
“Canni De Byazi ilə bağlı qərarın verilməsi üçün çox gərgin müzakirələr getdi. Nəticədə ona Millətlər Liqasında 6 matçda komandaya baş məşqçilik etmək şansı verildi. Çünki De Byazi son Millətlər Liqasında və DÇ-2022-nin seçmə mərhələsində yığmaya rəhbərlik edib, futbolçuları yaxşı tanıyır. Ondan güclü, mübariz komanda yaratmaq, 2022-ci ildəki Millətlər Liqasında ən yüksək yerlər uğurunda mübarizə aparmaq, pley-off-a vəsiqə qazanmaq tələb edilib. Ola bilər ki, bu, alınmasın. Amma komanda ən yüksək yerlər üçün çalışmalıdır”.
Nur ZEYNALOVA
Son məşq - Video
Yamal “Golden Boy” yarışından kənarda qaldı
Qızıl medal qazandı, sonra üzr istədi
Kipr Latviyaya qalib gəldi
İtaliya - Türkiyə matçının heyətləri açıqlandı
“Futbolçuların yanaşmasından çox razıyam” - Rəşad Eyyubov
Çalhanoğlu geri dönür
“Barselona”dan ayrıla bilər
İlham Əliyev Əhməd Yusifovla görüşdü - Şəkillər
Prezident dünya çempionatının açılışında - Yenilənib
Həm müqaviləsi uzanır, həm maaşı artır
AFFA nümayəndələri Meksika səfiri ilə görüşdü
"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi
AFFA-nın texniki direktorundan bölgə səfəri
Ronaldo, Jesus və böyük qərar
Azərbaycan cüdoçuları üçün uğursuz gün - Dünya çempionatı
"Heç kim deməyib ki, Messiyə qol hədiyyə etməliyik"