"Real"la 7 illik müqavilə imzalayır

"Real"la 7 illik müqavilə imzalayır
XƏBƏR 6 Noyabr 2021 / 15:57 2098
-  A +

"Real" futbolçusu Vinisius Junior ilə müqaviləni yeniləməyə hazırlaşır. 

Qol.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb. Tərəflərin yaxın zamanda 2028-ci ilin yayınadək yeni sözləşmə izmalayacağı bildirilib. 21 yaşlı yarımmüdafiəçinin hazırkı müqaviləsinin müddəti isə 2024-cü ilin yayına qədərdir. Yeni sözləşməyə əsasən, Junior klubda illik 5,5 milyon avro qazanacaq. Onun indiki gəliri isə 3,5 milyon avrodur. 

Həmçinin oxuyun: "Barselona" 3 futbolçu alacaq - Laporta açıqladı

Qeyd edək ki, V.Junior bu mövsüm 15 matçda 9 qol vurub və 5 qolun ötürməsini verib. 

 


Son xəbərlər
topaz banner