"Barselona" 3 futbolçu alacaq - Laporta açıqladı

"Barselona" 3 futbolçu alacaq - Laporta açıqladı
XƏBƏR 6 Noyabr 2021 / 13:12 6130
-  A +

"Barselona" qış transfer pəncərəsində heyətini yeni futbolçularla gücləndirəcək. 

Qol.az xəbər verir ki, bu barədə klub prezidenti Joan Laporta "Marca"ya açıqlamasında danışıb. Kataloniya təmsilçisinin qış transfer pəncərəsində sıralarına 3 oyunçu qatacağını bildirib. Bu futbolçulardan biri hücum xətti üçün transfer ediləcək. 

Həmçinin oxuyun: "Mənim tələblərim maksimum olacaq" - Xavi

Qeyd edək ki, "Barselona" hazırda La Liqanın turnir cədvəlində 16 xalla 9-cudur. Klub ötən həftə baş məşqçisi Ronald Kumanı istefaya göndərib və bu gün həmin vəzifəyə Xavini gətirib. 


Son xəbərlər
topaz banner