"Mənim tələblərim maksimum olacaq" - Xavi

"Mənim tələblərim maksimum olacaq" - Xavi
XƏBƏR 6 Noyabr 2021 / 11:20 4161
-  A +

"Biz maksimum dərəcədə çalışacağıq. Axı, biz "Barselona"yıq. Dünyanın ən yaxşı klubuyuq. Dünyanın ən yaxşı klubu isə qalib gəlməlidir. Nə heç-heçə etməli, nə də uduzmalıdır. Beləliklə, mənim tələblərim maksimum olacaq". 

Qol.az xəbər verir ki, bu sözləri "Barselona"nın yeni baş məşqçisi Xavi deyib. O, təyinatı belə şərh edib: 

Həmçinin oxuyun: Xavi və "Barselona" "Əl-Sədd"ə təzminat ödəyəcək

"Çalışacağıq ki, futbolçuları sevindirək. Çox işləmək, qarşıya dəqiq məqsədlər qoymaq və təbii ki, qalib gəlməyə çalışmaq lazımdır. Mən çox pozitivəm. Mən də çətin vəziyyətlərdən keçmişəm. İşlərin düzəlməsini səbirsizliklə gözləyirəm. Amma təbii ki, işlərin necə getdiyini başa düşmək üçün futbolçularla danışmalıyam". 

Qeyd edək ki, "Barselona" Xavi ilə 2024-cü ilin yayınadək müqavilə imzalayıb. 


Son xəbərlər
topaz banner