"Legiya"da olduğum üçün qürur duyuram"

"Legiya"da olduğum üçün qürur duyuram"
XƏBƏR 6 Noyabr 2021 / 10:56 3517
-  A +

Azərbaycan millisinin "Legiya"da çıxış edən üzvü Mahir Emreli Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Napoli"yə uduzduqları matçı (1:4) şərh edib. 

Qol.az xəbər verir ki, 24 yaşlı hücumçu bu barədə öz İnstaqram səhifəsində yazıb. Görüşdə komandasının yeganə qolunu vuran Emreli yaxşı oyun nümayiş etdirdiklərini deyib:

Həmçinin oxuyun: "Onun mənə güvəndiyini hiss etdim" - Mahir Emreli

"Açığı, son avrokubok oyunundakı nəticənin ümumi çıxışımızı əks etdirdiyinə inanmıram. Biz çox səy göstərdik və güclü komanda işi hissi nümayiş etdirdik, lakin bu həmişə kifayət etmir. Bununla belə, düşünürəm ki, komanda ruhu bizimlə qalacaq və qarşıdakı oyunların nəticələrində özünü göstərəcək. Bu klubda olduğum üçün çox xoşbəxtəm və qürur duyuram. İndi bizim sizi qürurlandırmaq növbəmizdir". 


Son xəbərlər
topaz banner