"Avropa Liqasının qrup mərhələsi başlamazdan əvvəl yaxşı çıxış edəcəyimizi bilirdim. İki qələbə ilə başladıq. Cədvəldə lider idik, lakin “Napoli”nin gücünü bilirdik. Onlar yaxşı futbol oynayırlar. Biz özümüzü buna hazırlamışdıq. Çətin oyun olması normaldır. Penalti, hansısa səhvlər sonda uduzmağımıza gətirib çıxardı".
Qol.az xəbər verir ki, bu sözləri "Legiya"nın futbolçusu Mahir Emreli Avropa Liqasının qrup mərhələsinin 4-cü turunda "Napoli"yə 1:4 hesabı ilə uduzduqları oyundan sonra "TVP Sport"a açıqlamasında deyib.
Sözügedən görüşdə komandasının yeganə qolunun müəllifi olan millimizin üzvü daha sonra bildirib: "Əgər uduzuruqsa, qol vurmağım heç bir məna kəsb etmir. Bu situasiyaları təhlil edib, səhvlərimiz üzərində işləmək və sadəcə irəliləmək lazımdır. Biz təkcə qol vurmağımızda deyil, həm də yaxşı hücumlar qurmağa çalışmağımızda, birlikdə oynamağımızda, məşqdə gördüyümüz işlərdə müsbət cəhətləri axtarırıq. Bu, böyük bir məşqçi işidir. Məşqdə olduğu kimi meydanda da bunu etməyə çalışırıq. İnanıram ki, hər şey düzgün istiqamətdə gedəcək".
O, topsuz çox qaçanda rəqibə boş sahə verməklərinin normal olduğunu vurğulayıb:" Əslində, onlar bizdən daha çox futbol keyfiyyətinə malikdirlər. Komanda olaraq qalib gəlirik və komanda olaraq uduzuruq. Lakin bu gün “Napoli”nin keyfiyyəti daha yüksəkdir. Ancaq nəticə uyğun olmadı. 1:4 hesabı ilə uduzmalı deyildik".
24 yaşlı hücumçu 10-cu dəqiqədə hesabı açdıqdan sonra baş məşqçisi Marek Qolembevskini qucaqlaması ilə bağlı deyib: “6 oyundur fərqlənə bilmirdim. Mənə güvəndiyini hiss etdim. Məhz onun sözləri məni mübarizə aparmağa və yaxşı oynamağa sövq edir. Bu, ona minnətdarlığım idi”.
M.Emreli növbəti matçlarda daha yaxşı oynayacaqlarını söyləyib: "Müsbət cəhətlərimiz var və biz onlardan istifadə edtməliyik. Hər şey günü-gündən daha yaxşı olacaq. İnanarıq ki, hər şey daha yaxşı ola bilər və biz buna hazırlaşacağıq. Biz "Legiya"yıq. Hər şey üçün mübarizə aparmalıyıq. Biz təslim olmayacağıq".
PSJ Enrike ilə müqaviləni uzadır
İtaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Barselona"dan Messi açıqlaması
Endrik 19 yaşında ata olacaq - Şəkil
Deşam "Real"ın baş məşqçisi ola bilər
"Borussiya"da yeni müqavilə
Rüstəmlinin het-triki, "Karvan-Yevlax"ın qalibiyyəti - Video
“Bəzi komandalarla nəinki başabaş, üstün də oynaya bilərik”
“Qarabağ”la oyundan sonra komandamı tanıya bilmirəm”
İnfantino Ərdoğana dünya kubokunu verdi
Rauf Rüstəmli het-trik etdi - “Karvan-Yevlax” qalib gəldi
"Yuventus" Spalettinin müqaviləsini uzatdı - Rəsmi
Polşa millisinin məşqçisi 49 yaşında vəfat etdi
Alisson Bekker "Yuventus"la razılaşdı
AFFA-nın təşkilatçılığı ilə keçirilən UEFA kursu başa çatdı
Yevlaxda heyətlər açıqlandı
Məqsəd İsayev çarpaz bağlarından əməliyyat edildi
Gəncə stadionuna ot örtüyü salınır - Video
9 illik “Liverpul” karyerası bitir - Rəsmi
"Səbail" tərcüməçisinə görə cərimə olundu
"Arsenal" Arteta ilə yeni müqavilə üçün danışığa başlayıb
Fernando Santuşla bağlı diqqətçəkən xəbər
"Budo-Qlimt"in rus qapıçısı Norveç vətəndaşlığı aldı
Keysuki Hondanın yeni klubu bilindi
Misli Premyer Liqasında 5 oyunun hakimləri açıqlandı
Niderland klublarından belə uduzanı olmamışdı
"Gürcüstan yığması səhvlərimizi bağışlamadı"
Arda Turan: "Arxayınlıq yaransa, darmadağın olarıq" - Video
Arbeloa ilə futbolçusu arasında münaqişə
Messinin zərbəsi fotoqrafa baha başa gəldi - Video
Konfrans Liqasında 1/4 final başladı
"Aston Villa" və "Frayburq"dan qələbə
Uğursuz mövsüm "Nyukasl"a baha başa gələ bilər
Bu stadion Mirça Luçeskunun adını daşıyacaq
İspaniya çempionatı matçlarının yeri dəyişdirilir?
Millinin yeni baş məşqçisi bəlli oldu
DÇ-2026 matçlarını rekord sayda hakim idarə edəcək
Salah "Qalatasaray"a keçir?
“Bu matçın xeyrini gələcəkdə görəcəyik”
"Qızıl top" namizədləri: Keyn, Mbappe...
Azərbaycan millisi Gürcüstana uduzdu
ÇL-də həftənin rəmzi komandasında kimlər var?
Lider "Şəfanın" qələbəsindən - Video
"Yuventus" Spalletti ilə bağlı qərar verdi