"Qarabağ"la oyunda bəxtimiz gətirmədi"

"Qarabağ"la oyunda bəxtimiz gətirmədi"
ÖLKƏ FUTBOLU 3 Noyabr 2021 / 19:52 6284
-  A +

"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Omoniya"nın (Kipr) baş məşqçisi Henninq Berq Ağdam təmsilçisi ilə matçı xatırlayıb. 

Qol.az xəbər verir ki. o, sabah "Bazel"lə keçirəcəkləri oyundan öncə təşkil olunan mətbuat konfransında deyib: 

"Sabahkı oyunu səbirsizliklə gözləyirik. "Bazel" yaxşı komandadır. Bu rəqibə qarşı matçdan təcrübə qazanmaq və təkmilləşmək üçün istifadə etmək istəyirik. Düşünürəm ki, artıq nəticə qazanmalıyıq.  Avropadakı çıxışlarımız çox yaxşıdır. Yalnız "Qarabağ"a qarşı oyunun son 20 dəqiqəsində bəxtimiz gətirmədi. Qalan görüşlərdə yaxşı oynasaq da, nəticə əldə edə bilmədik". 

Qeyd edək ki, "Qarabağ" "Omoniya"nı 4:1 hesabı ilə məğlub edib. 

Daha çox


Son xəbərlər
topaz banner