“Daha ciddi və daha möhkəm olmalıyıq. İnanıram ki, sabah meydanda yaxşı mübarizə olacaq”.
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsində sabah “Kayrat”la keçiriləcək görüş üçün təşkil edilən mətbuat konfransında deyib.
O, "Qarabağ"ın Konfrans Liqasındakı məğlubiyyətsizlik seriyası haqda bunları bildirib: "Bu, mənim üçün xoşdur. Uğurlu seriyadır. Digər tərəfdən bir az narahatlıqdır. Bu seriyanı əlbəttə ki, davam etdirmək istəyirik. Hər uğurlu seriyanın bir sonu olur. Ancaq biz indi bu haqda düşünmürük. Sabah biz bu oyunun vacibliyini düşünərək oynayacağıq. Əgər məğlubiyyətsizlik seriyasını davam etdiririksə, deməli, hər oyuna ciddi yanaşırıq. Sabahkı oyuna da futbolçuları maksimum yaxşı hazırlaşdırmışıq".
Q.Qurbanov "Sabah 17 dərəcəyə qədər şaxta gözlənilir. Belə iqlim şəraitinə xüsusi hazırlaşmısınız?" sualına belə cavab verib: "Təbiətdə pis hava yoxdur. Futbolçulara deyirəm ki, istənilən çətinliyə hazır olmalıdırlar. Futbolçularım bunu yaxşı bacarırlar. Soyuq olacaq, qar yağacaq, amma biz hazırıq. Hər bir rəqibə şərtdən asılı olmayaraq, qalib gəlməyə çalışırıq".
Təcrübəli mütəxəssis rəqibin güclü cəhətlərindən danışıb: "İlk növbədə çox təcrübəli baş məşqçiləri Kurban Berdıyev və futbolçuları qeyd edərdim. Topla və topsuz komandanın yaxşı qarşılıqlı əlaqəsi var. Rəqib müdafiədə güclüdür və əks-hücumlarda yaxşı oynayır. Bundan ehtiyatlanmaq lazımdır. Biz Bakıdakından daha yaxşı oynamalıyıq".
Q.Qurbanov “Qarabağ” bir neçə dəfə avrokubokların qrup mərhələsində çıxış etsə də, pley-offa adlaya bilməyib. Bu, komandaya təzyiq edir?" sualını isə belə cavablandırıb: "Artıq səkkiz ildir ki, Avropada oynayırıq və həmişə irəliləməyi hədəfləyirik. Uğursuzluqlar olub, amma ruhdan düşmürük. Biz hər zaman öz üzərimizdə işləməyə davam edirik. Sabahkı oyunda əlimizdən gələni edəcəyik".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda