“Biz Konfrans Liqası və Qazaxıstan çempionatını ayırmırıq. Bütün oyunlar bizim üçün vacibdir”.
Qol.az xəbər verir ki, bu sözləri Qazaxıstanın “Kayrat” klubunun baş məşqçisi Kurban Berdıyev Konfrans Liqasının qrup mərhələsində sabah “Qarabağ”la keçirəcəkləri oyun üçün təşkil edilən mətbuat konfransında deyib
O, Ağdam təmsilçisi ilə görüşün onlar üçün həlledici olacağını bildirib: “Düşünürəm ki, sabah pley-offa çıxmaq şanslarımız baxımından həlledici qarşılaşma olacaq. “Qarabağ”la ilk hissədəki kimi 90 dəqiqə oynasaq, müsbət nəticə əldə edə biləcəyik. Komandamızın çıxışında müsbət dəyişikliklər görürəm. Amma yenə də zonalararası oyunda tarazlığa nail olmalıyıq.
Berdıyev zədəsini sağaldan futbolçusu Yatsek Quralskinin durumu bardə də danışıb: “Tam hazır deyil. 90 dəqiqə oynaya bilməyəcək. Oyunun necə gedəcəyinə və onun bizə nə qədər faydalı olacağına baxacağıq”.
Berdıyev Bakıya gəlməyən erməni cinah yarımmüdafiəçisi Kamo Ohanesyanın Almatıda meydana çıxma ehtimalına da toxunub: “Qarabağ”ın çox güclü sol cinahı da var. Təhlükəli hücumlar qururlar. Həmin cinahda oynamaq bizim üçün çox çətin idi. Görək Kamo sabah start heyətində olacaqmı?
K.Berdıyev sonda “Qarabağ” haqda müsbət fikirlər səsləndirib: “Əlbəttə, Qazaxıstanda “Qarabağ” kimi komanda yoxdur. Çox hazırlıqlıdırlar, hamısı müxtəlif vəziyyətlərdə necə oynamağı bilirlər”.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda