“Qarabağ” Konfrans Liqasının qrup mərhələsinin 4-cü turunda “Kayrat”la səfər oyununa “Neftçi” ilə görüşdə zədələnən futbolçusu Abdullah Zubiri də aparacaq.
Bu barədə Qol.az-a klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
O, fransalı yarımmüdafiəçinin komanda ilə birgə Qazaxıstana gedəcəyini bildirib. Ancaq Zubirin “Kayrat”la oyunda meydana çıxıb-çıxmayacağı oyun günü bilənəcək.
Qeyd edək ki, MRT müayinəsi nəticəsində Zubirin sağ ayağının arxa əzələsində problem aşkarlanıb.
Klub rəsmisi uzun müddətdir zədədən əziyyət çəkən Elvin Cəfərquliyevin də səfərə aparılacağını deyib: “Sadəcə, Elvin oyun praktikasından əziyyət çəkir. Amma komanda ilə birgədir və oynaya bilər”.
Xatırladaq ki, millimizin də üzvü olan Cəfərquliyev zədə səbəbindən iyul ayından meydana çıxmır. Ancaq o, Premyer Liqamızın son turunda “Neftçi” ilə görüşdə ehtiyat oyunçular skamyasında yer alıb.
Qeyd edək ki, noyabrın 4-də keçiriləcək “Kayrat” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 19:30-da başlayacaq.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda