"Qarabağ" "Kayrat"la oyun öncəsi azarkeşlərinə müraciət etdi

"Qarabağ" "Kayrat"la oyun öncəsi azarkeşlərinə müraciət etdi
XƏBƏR 2 Noyabr 2021 / 10:30 4529
-  A +

"Qarabağ" Qazaxıstanda "Kayrat"a qarşı Konfrans Liqasının qrup mərhələsinin 4-cü tur oyununu izləmək istəyən azərbaycanlı azarkeşlərə müraciət edib.

Qol.az xəbər verir ki, Azərbaycan təmsilçisi öz azarkeşləri üçün 26, 27 və 28-ci sektorların ayrıldığını açıqlayıb. Ağdam klubu azarkeşlərinin bilet alarkən bunu nəzərə almalarını xahiş edib. 

Həmçinin oxuyun: "Kayrat" "Qarabağ"la bağlantısı olan 5 məqamı açıqladı

Biletlərin qiyməti 2 min tenge (8 manat) təşkil edir.

Qeyd edək ki, noyabrın 4-də keçiriləcək "Kayrat" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Bu komandalar arasında Bakıda keçirilən ilk oyunda təmsilçimiz 2:1 hesabı ilə qalib gəlib.


Son xəbərlər
topaz banner