Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”la qarşılaşacaq “Kayrat” maraqlı paylaşım edib.
Qol.az Qazaxıstan klubunun rəsmi saytına istinadən xəbər verir ki, iki komandanın bir-biri ilə bağlantısı olan 5 məqamı vurğulanıb.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və “Kayrat”ın çalışdırıcısı Kurban Berdıyev 2002-ci ildə Rusiya çempionatının 1-ci divizionunda iki dəfə qarşılaşıblar. Həmin vaxt Qurbanov Voronej “Fakel”inin hücumçusu, Berdıyev isə Kazan “Rubin”inin baş məşqçisi olub. Hər iki görüşdə Berdıyevin komandası 2:0 hesablı qələbə qazanıb.
Marko Veşoviç (“Qarabağ”) və Neboyşa Kosoviç (“Kayrat”) Monteneqro millisində komanda yoldaşıdır.
Xorvatiyalı Filip Ozobiç (“Qarabağ”) və Dino Mikanoviç (“Kayrat”) 2013-cü ildə Split “Hayduk”unda birgə çıxış ediblər.
“Qarabağ”ın qapıçılar üzrə məşqçisi Elxan Həsənov bir vaxtlar futbolçu kimi “Kayrat”a qarşı oynayıb. O, 1988-90-cı illərdə “Neftçi”nin qapısını qoruyub. Ümumilikdə Həsənov Almatı klubuna qarşı SSRİ çempionatında və digər yarışlarda 7 oyunda iştirak edib.
"Qarabağ"ın qapıçısı Emil Balayev 2019-cu ildə “Tobol”un heyətində “Kayrat”la 4 dəfə qarşılaşıb. İki görüşdə qol buraxmayıb, digər iki matçda isə “Kayrat”ın hazırkı futbolçuları Erkebulan Seydaxmet və Artur Şuşenaçev fərqlənib.
Qeyd edək ki, noyabrın 4-də Almatıda keçiriləcək “Kayrat” – “Qarabağ” oyunu Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. Komandalar arasında Bakıda keçirilən görüş “Qarabağ”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda