Bu gün Çempionlar Liqasının qrup mərhələsində 4-cü tura start verilib
Qol.az xəbər verir ki, ilk oyun günündə E, F, G və H qruplarında görüşlər keçirilib.
Həmçinin oxuyun: Millimizin futbolçusu ən çox driblinq edənlərin siyahısında
E qrupunda "Barselona" Kiyev "Dinamo"suna 1:0 hesabı ilə qalib gəlib. Lider "Bavariya" isə "Benfika"nı 5:2 hesabı ilə məğlub edərək pley-offa vəsiqəni vaxtından əvvəl təmin edib.
F qrupunda"Mançester Yunayted" "Atalanta" ilə heç-heçə edib - 2:2. "Vilyarreal" isə "Yanq Boyz"a 2:0 hesabı ilə qalib gəlib
G qrupunda "Volfsburq" "Zalsburq" a, "Sevilya" "Lill"ə 1:2 hesabı ilə uduzublar.
H qrupunda "Malmö" "Çelsi"yə 0:1 hesabı ilə məğlub olub. "Yuventus" isə "Zenit"i qəbul edib. Turin klubu 4:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə vəsiqəni təmin edib.
Qeyd edək ki, 4-cü turun digər 8 oyunu noyabrın 3-ü keçiriləcək.
2 noyabr
E qrupu
00:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Barselona" (İspaniya) - 0:1
Qol: Ansu Fati, 70
00:00. "Bavariya" (Almaniya) - "Benfika" (Portuqaliya) - 5:2
Qollar: Robert Levandovski, 26, 61, 84, Serj Qnabri, 32, Leroy Sane, 49 - Morato, 38, Darvin Nunyes, 76
Xal durumu: "Bavariya" - 12, "Barselona" - 6, "Benfika" - 4, "Dinamo" - 1.
F qrupu
00:00. "Vilyarreal" (İspaniya) - "Yanq Boyz" (İsveçrə) - 2:0
Qollar: Etyen Kapu, 36, Arno Qruneveld, 89
00:00. "Atalanta" (İtaliya) - "Mançester Yunayted" (İngiltərə) - 2:2
Qollar: Yosip İliçiç, 12, Duvan Sapata, 56 - Kriştiano Ronaldo, 45+1, 90+1
Xal durumu: "Mançester Yunayted" - 7, "Vilyarreal" - 7, "Atalanta" - 5, "Yanq Boyz" - 3.
G qrupu
21:45. "Volfsburq" (Almaniya) - "Zalsburq" (Avstriya) - 2:1
Qollar: Bote Baku, 3, Lukas Nmeça, 60 - Maksimilian Vöber, 30
00:00. "Sevilya" (İspaniya) - "Lill" (Fransa) - 1:2
Qollar: Lukas Okampos, 15 - Conatan Devid, 43-pen, Conatan İkone, 51
Xal durumu: "Zalsburq" - 7, "Lill" - 5, "Volfsburq" - 5, "Sevilya" - 3.
H qrupu
21:45. "Malmö" (İsveç) - "Çelsi" (İngiltərə) - 0:1
Qol: Hakim Ziyeş, 56
00:00. "Yuventus" (İtaliya) - "Zenit" (Rusiya) - 4:2
Qollar: Paulo Dibala, 11, 58-pen, Federiko Kyeza, 74, Alvaro Morata, 82 - Leonardo Bonuççi, 26-avtoqol, Sərdar Azmun, 90+2
Xal durumu: "Yuventus" - 12, "Çelsi" - 9, "Zenit" - 3, "Malmö" - 0.
Qattuzo üzr istədi
Pike "Barselona" prezidentliyinə namizəd olacaq?
“Heç-heçə ədalətli nəticədir” - Rəşad Eyyubov
Türkiyə - Kosovo matçının heyətləri açıqlandı
"Qalatasaray"lı futbolçu "Milan"ın hədəfində
Marko Yankoviçin yığması uduzdu
Azərbaycan millisi Bolqarıstanla heç-heçəyə razılaşdı
“Nyukasl” sanksiyalarla üzləşə bilər
Klub borcları ödəmədi, transfer qadağası ilə üzləşdi
"Tottenhem" yeni baş məşqçisini açıqladı
Ronaldo onu razı salmağa çalışır
Millimizin Bolqarıstan ilə oyun üçün heyəti
İran Dünya çempionatında iştirak edəcək
Davranışına görə komandadan uzaqlaşdırıldı
Məşqlərə qoşulmadığı üçün klubdan göndərilə bilər
"Fənərbaxça"nın prezidenti qəzaya düşdü - Şəkil
Konate "Real"dan təklif gözləyir
Azərbaycanın basketbol millisinin rəqibləri açıqlandı
Azərbaycan millisi Türkiyə yığması ilə birgə
Eddi Hau büdcə məhdudiyyətinə görə "Nyukasl"dan ayrıla bilər
Foden "Bavariya"nın radarında
"Milan" hücumçu transfer etdi
Mbappe basketbolçu olmaq istədi, NBA-dan bu cavabı aldı