Millimizin futbolçusu ən çox driblinq edənlərin siyahısında

Millimizin futbolçusu ən çox driblinq edənlərin siyahısında
XƏBƏR 2 Noyabr 2021 / 10:12 2786
-  A +

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) Ukrayna Premyer Liqasında ən çox driblinq edən futbolçuların adlarını açıqlayıb.

Qol.az  xəbər verir ki, ilk "10-luq"da "Minay"da çıxış edən millimizin yarımmüdafiəçisi Rüstəm Əhmədzadə də yer alıb.

Orta hesabla hər oyunda 4,11 dəfə driblinq edən 21 yaşlı oyunçu 8-ci pillədə qərarlaşıb. Onun cəhdlərinin 44,22 faizi dəqiq alınıb.

Qeyd edək ki, siyahının ilk pilləsində Donetsk "Şaxtyor"unun futbolçusu Manor Solomon (8,09 dəfə, 80,6 faiz) qərarlaşıb.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner