FİFA AFFA-nı cərimələdi

FİFA AFFA-nı cərimələdi
ÖLKƏ FUTBOLU 1 Noyabr 2021 / 21:38 2886
-  A +

FİFA İntizam Komitəsi AFFA-nı cərimələyib.

Qol.az xəbər verir ki, buna səbəb Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsində Portuqaliya ilə oyunu zamanı təhlükəsizlik qaydalarının pozulması olub. Meydana azarkeşlərin daxil olmasına görə milli assosiasiya 5 000 İsveçrə frankı məbləğində cərimələnib.

Qeyd edək ki, sentyabrın 7-də Bakı Olimpiya Stadionunda keçirilən matçın sonlarına yaxın 4 nəfər azarkeş meydana girərək, Portuqaliya yığmasının yarımmüdafiəçisi Brunu Fernandeşlə şəkil çəkdiriblər.

Daha çox


Son xəbərlər
topaz banner