Azərbaycanlı futbolçular Türkiyə çempionatında üz-üzə gəldilər - Video

Azərbaycanlı futbolçular Türkiyə çempionatında üz-üzə gəldilər - Video
ÖLKƏ FUTBOLU 2 Noyabr 2021 / 00:01 8858
-  A +

Bu gün Türkiyə 1-ci Liqasında 11-ci tura yekun vurulub.

Qol.az xəbər verir ki, turun son oyun günündə azərbaycanlı futbolçuların çıxış etdiyi komandalar üz-üzə gəlib.

Namiq Ələsgərovun çıxış etdiyi "Bursaspor" öz meydanında Vüsal İskəndərlinin oynadığı "Keçiörengücü"nü qəbul edib.

Hər iki futbolçumuz start heyətdə meydan çıxıb. Ələsgərov 73, İsgəndərli isə 74-cü dəqiqədə əvəzlənib. Vüsal 53-cü dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Görüş "Bursaspor"un 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bu qələbədən sonra xallarını 14-ə çatdıran "Bursaspor" 7-ci pilləyə yüksəlib. 7 xalı olan "Keçiörengücü" isə 19 komanda arasında 18-ci sırada qərarlaşıb.

Daha çox


Son xəbərlər
topaz banner