“Oyuna fərqli hazırlaşmışdıq. Futbolçular əllərindən gələni elədilər, amma istədiyimiz heç cür alınmadı”.
Qol.az xəbər verir ki, bu sözləri “Keşlə”nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Premyer Liqasının 9-cu turunda “Zirə” ilə oyundan (0:2) sonra mətbuat konfransında deyib.
O, komandasının çıxışını dəyərləndirib: “Matçın startı bəlkə biz istədiyimiz kimi olmadı. Birinci hissədə də, ikinci hissədə də qol imkanlarımız oldu, reallaşdıra bilmədik. Bizim bir problemimiz var ki, qol vura bilmirik. Futbolçulara xəbərdarlıq da etmişdik ki, şanslarımız olacaq, yararlanmaq lazımdır. “Zirə” səfərində oynamaq çətindir. Bu üzdən real qol epizodlarından istifadə etməliydik. Bilirdik ki, əks halda psixoloji gərginlik olacaq. Neqativ məqamı fikirləşmişdik, o da başımıza gəldi. Məğlubiyyətlər komandaya pis təsir edir, inamsızlıq yaradır”.
- Komandada enişli-yüksəlişli nəticələrin səbəbi nədir?
- Bəzən həddən artıq qələbə qazanmaq istəyi mənfi təsir edir. Bunlar açıq futbola, səhvlərə gətirib çıxarır. Bunu orta səviyyəyə gətirib çıxarmalıyıq. Komandada qeyri-stabillik var.
- İlkin Qırtımovun iştirak ərizəsində olmamasının səbəbi nə idi?
- Dünən gecədən İlkinin hərarəti oldu. Səhər də vəziyyəti yaxşı deyildi, özünü yaxşı hiss eləmirdi. Koronavirus testi verdi, cavabı neqativ çıxdı. Adi soyuqdəymədir.
- Miyuşko Boyoviç xeyli müddətdir komandadan ayrıdır və Rəhman Hacıyev də zədəlidir. Onların hazırkı durumu nə yerdədir?
- Hər ikisi zədəlidir, fərdi məşqlər edirlər. Rəhmanın qısa müddət sonra sıraya qayıtması gözlənilir.
- Birinci divizionda qolları sıralayan Anatole Abanq bu gün meydanda çox çalışsa da, qol vura bilmədi...
- Abanq istəkli idi. Nəzərə alaq ki, birinci divizionda gənclər çoxluq təşkil edir. Düzdür, hücumçu şans əldə edirsə, bunu qola çevirməlidir. Qapıçıdan başlayaraq bütün komanda qol üçün çalışır. Abanq da bu gün vuruşdu, qol imkanları oldu. İnanıram ki, gələcəkdə bu problemləri aradan qaldıra biləcək.
- “Qəbələ” ilə ötən tur matçından sonra bildirmişdiniz ki, növbəti oyunda Kamal Bayramov qapıda dayana bilər. Yenidən Stanislav Namaşkonun çərçivədə durmasının səbəbi nə idi?
- Həmin oyundakı səhvdən sonra Namaşko özünü yaxşı hiss eləmirdi. Səhv hamıda olur. Futbolçuya dəstək vermək lazımdır. Dərhal kəsib atmaq da olmaz. Namaşkonun o səhvlə yaşamasını istəmirdim. O, təcrübəli oyunçudur.(apasport.az)
“Latsio” sonda sevindi
"Bu uğurun sirri barədə danışmaq çətindir" - Kurban Berdiyev
“Turan Tovuz”dan qələbə, “Zirə” - “Kəpəz” matçında heç-heçə
Neymar DÇ-2026 üçün ilkin heyətə daxil edildi
"Zirə" - "Kəpəz" matçında vurulan 4 qol - Video
"Mançester Siti" ilə oyunu buraxacaq
Sadıqovdav şüarlara cavab
La Liqa prezidenti Xavinin Messi açıqlamasını təkzib etdi
"Atletiko" Qonsalesi transfer etməyə tələsmir
Hakimi tənqid etdiyinə görə cərimələndi
"Neftçi" - "Turan Tovuz": Heyətlər
“Şəmkir” - “Xankəndi” matçı niyə baş tutmadı? - PFL açıqladı
"Liverpul" "Qalatasaray"la matça ciddi itkilərlə çıxacaq
"Şirvan" evdə qələbə qazandı, Şəmkirdə matç baş tutmadı
"Zirə" - "Kəpəz": Heyətlər açıqlandı
Mbappe "Real"ın həkimlərinə etibar etmir
Azərbaycan millisinin üzvü Yunanıstan kubokunu qazandı
"Xavi özündənrazı olmuşdu" - Joan Laporta
"Vallah, bilmirəm nə deyim" - "Sumqayıt"ın kapitanı
Nəriman artıq ABŞ-dadır
PSJ yeni formasını təqdim etdi - Şəkil
Braziliya futbolunda belə dava olmayıb - Video
Endrik yenə Fransada hamını qabaqladı
"Barselona"da işim bitib, geri qayıtmayacam"
Türkiyəli mütəxəssis hava limanında vəfat etdi
“Qarabağ”ın oynadığı “İmarət” indi belə görünür - Video
Dadaşov komandasına kömək edə bilmədi
"Ayaks" yeni baş məşqçisini açıqladı
Kökçünün komandası böyük hesabla uduzdu
"Milan "İnter"ə belə qalib gəldi - Video
“Musa yavaş-yavaş böyüyür” - Video
Azərbaycan millisindən uğurlu nəticə
"Fənərbaxça" və "Rizespor" qalib gəldi
"Çempionat heç də asan keçmir" - Qurban Qurbanov
İmişlidə vurulan 4 qol - Video
"Liverpul" "Monako"nun gənc oyunçusunu hədəfə aldı
Az oyun şansı qazandığı üçün klubdan gedir
"Qarabağ"ın 6 qollu möhtəşəm qələbəsindən - Video
"Neftçi"də yeni təyinat baş tutdu
Daha az maaşla "Çelsi"yə keçə bilər