“Polşa mətbuatının yaydığı şəkil çoxdan çəkilib”.
Bunu “Legiya”nın hücumçusu Mahir Emreli Polşa mətbuatında yayılan şəklə münasibət bildirərkən deyib.
Polşa KİV-i Azərbaycan millisinin üzvünün gecə klubunda spirtli içki qəbul etdiyini yazsa da, 24 yaşlı forvard bu iddianı təkzib edib. O, həmin şəklin avqustda çəkildiyini bildirib: “Avropa Liqası çərçivəsində “Slaviya” ilə oyundan sonra komanda üzvləri, tanışlar əylənmişdik. Mənim qarşımda isə içki yox idi. Komanda uzun müddətdən sonra Avropa Liqasının qrupuna düşmüşdü, futbolçuların da bunu qeyd etməsi normal haldır”.
Heç vaxt spirtli içki qəbul etmədiyini bildirən Mahir sabiq baş məşqçisi Çeslav Mixneviçin istefaya göndərilməsindən sonra bu xəbərlərin yayılmasını qəribə təsadüf adlandırıb: “Mən, ümumiyyətlə, içki içmirəm. Əslində, içki içsəm belə, heç kimə bunun cavabını vermək məcburiyyətində deyiləm. Sadəcə, öz inancıma görə heç vaxt içməmişəm. Amma bu o demək deyil ki, bir masa arxasında əyləşdiyim dostlarım, tanışlarım da içmir. Qəribəsi də budur ki, bütün bu söz-söhbətlər keçmiş baş məşqçi ayrıldıqdan sonra yayılmağa başlayıb. Əslində ortada şərh veriləsi bir şey yoxdur. Mənim üçün bu xəbərlər elə də önəmli deyil”. (apasport.az)
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda