Xəbər verdiyimiz kimi, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasında əvəzetmə sayının 5-ə qaldırılması ilə bağlı növbəti dəfə fikirlər səsləndirib. Təcrübəli çalışdırıcı mövzu haqqında AFFA Klublar Komitəsinə müraciət etdiyini deyib.
O, dünən “Səbail”lə Premyer Liqa oyunundan sonra keçirilən mətbuat konfransında deyib: "Ən əsası odur ki, Klublar Komitəsi özü öz işindən razıdır. Mən quruma müraciət etmişdim. Amma belə fikirlər oldu ki, biz yalnız "Qarabağ"ı düşünürük. Elə mövzudur ki, çox danışmaq olar. Amma fikir bildirəndə ətrafında daha geniş müzakirələr olur. Sanki biz özümüzü fikirləşmişdik. Başa düşürəm, nizamnamə qəbul olunmuşdu. Amma bəzi ölkələrdə vəziyyətə uyğun dəyişiklik edildi. Əvvəl deyildi ki, baxılacaq. Amma sonra sərt reaksiya gəldi ki, sonadək belə qalacaq. Bundan sonra heç müzakirəyə də çıxarılmadı. Sözümüzün ucuz olmasını istəmirik. Çox söz demək olar. Amma əməl olunmursa, ciddiyə alınmırsa, mənasızdır. Sərt cavab bizim üçün xoş deyil. Ona görə də belə fikirləri boş vermək lazımdır. Klublarda çalışan baş məşqçilər hamısı mənim dostum-qardaşımdır. Çoxu "Qarabağ"dan gedənlərdir. Hər zaman onların yanında olmaq istəmişəm. Belə fikirləşirlərsə, yəqin, daha dərindən düşünüblər. Mən ortaya adi söz atmamışam. Kifayət qədər ciddi məsələdir"
Qol.az saytı bu məsələ ilə əlaqədar mütəxəssislərin fikirlərini öyrənib. Tanınmış futbol meneceri Səbuhi Səfiyarlı çempionatda əvəzetmə sayının artırılmasının müzakirəyə çıxarılmasının önəmini qeyd edib:

“Gərək, bunu klub rəhbərləri, baş məşqçilər, AFFA-dakı səlahiyyətli şəxslər oturub, fikirləşsinlər. Onlar analizlər etməli, müzakirələr aparmalıdırlar. “Qarabağ”, “Neftçi” kimi klublara əvəzetmə sayının artırılması çox lazımdır. Çünki onların futbolçu sayı çoxdur. Amma “Qəbələ” kimi klublara əvəzetmə sayının artırılması maraqlı deyil. Çünki onların nə qədər futbolçusu var ki, 5 dəfə əvəzetmə də həyata keçirsin. Lakin ümumilikdə fikirləşəndə mən də düşünürəm ki, bizim Premyer Liqada da əvəzetmə sayı artırılmalıdır. Baxın, xarici ölkələrdə artıq bunu reallaşdırırlar. Əgər futbolun bu cür inkişaf etdiyi ölkələrdə əvəzetmə sayı artırılırsa, deməli, pis bir şey deyil və bizə də lazımdır. Məsələn, velosipedi ikinci dəfə kəşf etməyə ehtiyac yoxdur ki. Bu artıq kəşf olunub da. Elə əvəzetmə məsələsi də belədir. Dünyada sınanılıb. Əvəzetmə sayının artırılması pandemiya vaxtı geniş yayıldı. UEFA-nın bayrağı altında keçirilən yarışlarda da 5 əvəzetməyə icazə verilib. Çünki futbolçuların fiziki hazırlığı yüksək səviyyədə deyildi. Yəni, əksəriyyəti 90 dəqiqə tam oynaya bilməzdi. Lakin oyunun sürətini yüksək səviyyədə saxlamaq lazımdır. Ona görə də 5 əvəzetməyə icazə verildi. Hələ pandemiya başa çatmayıb deyə bu qayda qüvvədə qalır. Düşünürəm ki, heç pandemiya qurtardıqdan sonra da əvəzetmə sayı azaldılmayacaq. Müasir dövrdə futbol çox inkişaf edib, sürətlənib. Futbolçular 90 dəqiqə müddətində belə təzyiqlə oynaya bilməzlər. Əslində bu məsələni biz və ya sırf Qurban Qurbanov müzakirəyə çıxarmalı deyil. Əvəzetmə sayının artırılmasını AFFA düşünməli, araşdırmalıdır. 1-2 adam ilə heç nə düzəlmir. Klub rəhbərlərinin, baş məşqçilərin hamısının bir-bir fikri soruşulmalıdır. Onlar əsaslandırmalıdırlar ki, əvəzetmə sayının artırılmasını niyə istəyirlər və ya niyə istəmirlər. Məsələyə mütləq PFL və AFFA reaksiya verməlidir. Mən bu fikirdə mənfi tərəfin olduğunu düşünmürəm. Amma klubların fikri soruşulmalıdır. Həmçinin əvəzetmə sayı artırılan halda daha çox futbolçu meydana çıxmaq şansı qazanacaq. Əvəzetmə sayının artırılması “Qarabağ”a daha çox lazımdır. Çünki oyunun sürətini saxlaya biləcək, daha çox təzyiq göstərəcək. Bu isə bizim digər klublarımıza sərf etmir. Bunu da AFFA müzakirəyə çıxarmalıdır. Digər klublar da əgər əvəzetmə sayının artırılmasını istəmirlərsə, əsaslandırmalıdırlar ki, “Qarabağ” tempi yüksək saxlayır deyə biz etiraz edirik. Bu səbəb də gülməli səslənir. Yəni, ortada rəsmi açıqlama olmalıdır. Millinin baş məşqçisi də bu mövzu ilə əlaqədar fikirlər səsləndirilməlidir. Lazım gəlsə, limitlər də qoyulmalıdır. Məsələn, 5 əvəzetmədən 2-si 21 yaşlı futbolçulardan olsun. 5 əvəzetmə sayı pandemiya ilə əlaqədardırsa, kubok oyunlarında əlavə vaxtda 4-cü əvəzetməyə icazə verilməsi futbolçuların yorulması ilə bağlıdır. Artıq futbol çox inkişaf edir”.
Futbol eksperti Emin Abbasov Qurban Qurbanovun məntiqli fikir irəli sürdüyünü bildirərək onu dəstəkləyib:

“Qurban Qurbanov bu illər ərzində xeyli təcrübə toplayıb, bir çox Avropa klublarının iş metodikasına yaxından bələddir. Onun kimi futbolu dərindən bilən adam heç vaxt məntiqsiz, futbolumuz üçün lazımsız fikir ortaya atmaz. Avrokubok oyunlarında məhz 5 əvəzetmə sayı tətbiq olunur. Hər halda lüzum olmasaydı, nə UEFA, nə də əksər ölkələr buna gedərdi. Son zamanlar bu qənaətə gəlmişəm ki, Qurban Qurbanovdan həm də idarəçi, bir futbol funksioneri kimi də yararlanmaq barədə düşünməliyik. Onun dediklərinə daha həssas, daha diqqətlə yanaşmalıyıq. Klubların bu fikri niyə dəstəkləmədiyinə gəlincə, hərənin futbola və məsələlərə öz baxışının olması normaldır. Lakin Azərbaycan futbolunda danışan Qurban Qurbanovdursa, onun fikirlərini dəstəkləsək, futbolumuz bundan yalnız xeyir görər”.
Nuriyə ZEYNALOVA
Azərbaycan təmsilçilərinin ilk rəqibləri məlum oldu
Toral Bayramov oynadı, komandası “Şaxtyor”la heç-heçə etdi
Dzeko qalır
Messi komanda yoldaşlarına xüsusi hədiyyə verib
"Sumqayıt" "Kəpəz"lə heç-heçə etdi
"Şamaxı" Qətər klubuna böyük hesabla qalib gəldi
"Real" onunla razılaşdı
"Napoli" yetirməsi ilə yeni müqavilə bağladı
“Sabah” Finlandiyadadır
Türkiyə millisi Millətlər Liqasının qalibi oldu
"Qəbələ"dən ayrılan futbolçu Cənubi Koreya klubunda
Pirlo ilə bağlı araşdırma tələb olundu
PSJ-nin ulduzu yeni müqavilədən imtina etdi
Ərəblər onun üçün 132 milyon avro ödəməyə hazırdır
De Brüyne bu yay “Napoli”ni tərk edə bilər
Osimhen "Qalatasaray" rəhbərliyini sərt tənqid etdi
“Sabah”a KuPS-dan mesaj - Hələ hər şey bitməyib
Ferran Torresin hansı şərtlə satılacağı açıqlandı
Nəriman ehtiyatda qaldı
Messi “MLS ulduzlar matçı”nın heyətindən çıxarıldı
"Bayer"dən yeni transfer
"Bəzi yeni oyunçuların yolunu gözləyirik" - Kaxaber Sxadadze
"KuPS" "Sabah"la oyundan əvvəl qələbə qazandı
Mourinyo Vinisiusun gedişinə qarşı çıxdı
"Neftçi"nin qadınlardan ibarət komandası PAOK-a uduzdu
"Kəpəz"də zambiyalı futbolçu - Rəsmi
"Qəbələ" "Şəfa" ilə heç-heçə etdi
Azərbaycan klubu kamerunlu yarımmüdafiəçi aldı
"Əl-Hilal"dan 64 milyon avroluq transfer
Lukaş Fabianski karyerasını başa vurdu
Kamilo Duran "Milan"a da qol vurdu
Tanınmış hücumçu bu kluba keçdi
"Real"ın 100 milyonluq təklifi rədd edildi
Rəqibi təpiklədi, 5 illik cəza aldı
"Mançester Siti" Xusanovla müqaviləni uzatdı
Rodri "Real"la razılaşdı
"Everton" Qeyeni yola saldı
PSJ-dən "Atletiko"ya
Bakıdakı oyun avrokuboklarda TOP-5-ə düşdü
DÇ-2026-nın qəhrəmanının yeni klubu müəyyənləşdi
Urfan Abbasov "Kəpəz"də
“Qarabağ” azarkeşləri üçün biletlər satışa çıxarılır
Donnarumma uşaqlıq sevgilisi ilə evləndi - Şəkillər
Azərbaycanı dünya çempionatında təmsil edəcək hakimlər
Messinin Braziliya kökləri üzə çıxdı