UEFA Abbasın qolu ilə “Qarabağ”ın seriyasını xatırlatdı

UEFA Abbasın qolu ilə “Qarabağ”ın seriyasını xatırlatdı
ÖLKƏ FUTBOLU 25 Oktyabr 2021 / 13:35 5638
-  A +

Konfrans Liqasının qrup mərhələsinin 3-cü turunda qeydə alınan statistik göstəricilər açıqlanıb. 

Qol.az xəbər verir ki, UEFA “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynovun “Kayrat”la ev matçının son dəqiqələrində vurduğu qolu da fərqləndirib.

Yazıya Abbasın qol vurduğu epizodun fotosu verilib. “Qarabağ”ın mövsümdə ardıcıl 16-cı qarşılaşmada məğlub olmadığı və onların 11-də qələbə qazandığı vurğulanıb.

Xatırladaq ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən oyunda “Qarabağ” “Kayrat”ı Abbas Hüseynovun 90+1-ci dəqiqədə vurduğu qolla 2:1 hesabı ilə məğlub edib. 


 

Daha çox


Son xəbərlər