“Sabah” klubu “Krasnodar”ın sabiq baş məşqçisi Murad Musayevlə danışıqlara başlayıb.
Qol.az-ın xəbərinə görə, bu haqda rusiyalı jurnalist İvan Karpov özünün Teleqram kanalında məlumat yayıb. O iddia edib ki, 37 yaşlı mütəxəssis oktyabrın 23-də Bakıya səfər edərək klub rəhbərliyi ilə görüşüb. Danışıqlardan sonra Musayev yekun qərar vermək üçün 3 gün vaxt götürüb.
Jurnalistin yazdığına görə, əgər razılıq əldə olunsa, Musayevlə 1+1 illik müqavilə imzalanacaq. Müqavilənin maddi dəyəri və əlavə şərtləri haqda açıqlama verilməyib.
“Sabah” klubunun mətbuat xidmətinin rəhbəri Elnur Həmidov Qol.az-a açıqlamasında M.Musayevlə danışıqlar apardıqlarını təsdiqləyib. O, gənc məşqçinin hazırda Bakıda olduğunu söyləyib. Bununla belə o qeyd edib ki, M.Musayevi hazırda baş məşqçi vəzifəsinə ən real namizəd saymaq olmaz: “Hazırda danışıqlar davam edir. Yekunları ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.
Murad Musayev kimdir?
Xatırladaq ki, M.Musayev 2019-20-ci ilərdə “Krasnodar”ın böyük məşqçisi təyin edilib. Amma faktiki olaraq, baş məşqçisi vəzifəsini yerinə yetirib. Musayevin Premyer Liqa klubunu çalışdırmaq üçün Pro lisenziyası olmadığı üçün rəsmən böyük məşqçi vəzifəsinə gətirilib. 2020-21-ci ildə isə o, artıq əsas komandada baş məşqçi olub. Murad Oleqoviç Musayevin milliyyəti barədə Rusiya mediasında ətraflı məlumat yoxdur. Onun Krasnodar şəhərində doğulduğu və əslən qafqazlı olduğu barədə qısa məlumatlar var. Ümumiyyətlə, M.Musayevin şəxsi həyatı barədə danışmağı xoşlamadığı bildirilir.
Əlavə edək ki, "Sabah" ötən həftə baş məşqçisi Ramin Quliyevi istefaya göndərib.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda