"Oyun haqda danışılası nəsə yoxdur. Komanda bir həftə ərzində oyuna hazırlaşır, gecə-gündüz əziyyət çəkir. İlk dəqiqələrdə qırmızı vərəqə verilməsi, komandanın oyununu pozur. “Qırmızı” müəmmalı idi. Biz bu gün “qırmızı”ya baxırıq, təkrarlarda da verilib. Murad hakimə etiraz edə bilər, amma başqa heç nə etmədi".
Qol.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 8-ci turunda "Sabah"a 0:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, baş hakim İnqilab Məmmədov “Sumqayıt”ın uduzmağı üçün hər şeyi etdi: "Yəqin indi sevinir. İnsanların haqqına belə girmək olmaz. Futbolçularım vuruşdular. Bəlkə də, Tellur ikinci hissənin əvvəlində qol vursaydı, fərqli şeylər olardı. Məşqçilik çətin sənətdir. Hərdən adam bu peşəni seçdiyi üçün peşman olmur. Bacarmadım. Bu gün işimə nifrət etdim. Niyə hakimin səhvini deyə bilmirik? Nə üçün? Bəs, biz necə inkişaf edəcəyik? İnqilab çıxsın desin ki, qərar tam düzgündür. Xal heç nədir. Danışmırıq, gəlir belə olur. 10-15-ci dəqiqədə belə “qırmızı” vermirlər. Hakim oyuna nəzarət etməlidir. Onlar xarici matçlara baxmırlar? Belə hakimlər getsin özlərinə sənət tapsın. Reqlament hakimlər haqqında danışmağa icazə vermir. Amma Məmmədov 11-ci dəqiqədə oyunu bitirdi".
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda