“Furbolçularımı təbrik edirəm. Çox yaxşı komandaya qarşı oynadıq”.
Qol.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının qrup mərhələsinin III turunda “Kayrat”la keçirilən oyundan (2:1) sonra mətbuat konfransında deyib.
O, komandasının çıxışını dəyərləndirib: “Rəqib standart vəziyyətlərdən yaxşı yararlanan kollektivdir. Hücumlara çox tez çıxırdılar. İlk yarıda onlar, ikinci hissədə isə biz onlara çətinliklər yaratdıq. Bu gün futbolçuların daha istəkli olduğunu gördüm. Möhtəşəm azarkeşlərə təşəkkür edirəm. Onların yanımızda olması futbolçulara güc verdi. Hər birinə təşəkkür edirəm”.
49 yaşlı mütəxəssis qrupdan çıxmaq şanslarını dəyərləndirib: “3 oyun 9 xal deməkdir. İki səfər oyunumuz qalıb. Rəqiblər həddindən artıq ciddi yanaşacaqlar. Bu turnirdə və 3 xallıq sistemdə arxayınlaşmaq olmaz. Rəqibin “Bazel”ə 2:4 hesabı ilə uduzması bizi aldatmalı deyil. Bakıda daha yaxşı oynadılar. Qrupdakı hər üç xal bizim üçün üstünlükdür. Qarşıdakı oyunlara ciddi yanaşmalı və inamımızı artırmalıyıq. Oyunçular daha peşəkar olmalıdırlar”.
Qurbanov rəqiblərin müdafiədən oynamasının onlara çətinlik yaratdığını söyləyib: “Oyunu adətən rəqib zonada qurmaq istəyirik. Hər halda futbolçularımız belə olanda daha tez böyüyürlər. Biz hücumda olanda da müdafiəni düzgün qurmalıyıq. Arxa xətdəki oyunçulardan çox şey asılıdır".
Təcrübəli baş məşqçi görüş ərzində səbirli olduqlarını sözlərinə əlavə edib: "Mən oyunçulara da deyirdim ki, öz oyunumuzdan əl çəkməyək. Müdafiə olunan komanda təzyiq çox olanda səhvlərə yol verir. Biz sonadək mübarizə aparmalıyıq. 3:0 öndə olsaq belə, tempi qorumalıyıq. Sonradan meydana çıxanlar da özlərini yaxşı tərəfdən göstərdilər. Əzmkarlıq hesabına qələbə qazandıq".
Mütəxəssis uzun müddətdir zədədən əziyyət çəkən müdafiəçi Bədavi Hüseynovun komandanın əsas futbolçularından biri olduğunu söyləyib: "İnanıram ki, qayıdanda özünü yaxşı tərəfdən göstərəcək. Onun heyətə düşməyində özündən daha çox şey asılı olacaq".
Qurbanov hər oyunçunun qoluna sevindiyini vurğulayıb: "Gizlətməyəcəyəm, Ramil Şeydayevin qoluna daha çox sevinirəm. Onun əzmkarlığı göz önündədir. Abbas Hüseynov isə bu qoldan sonra özünəinamı artıra bilər. Son vaxtlar futbolçulardan əzmkarlığı daha çox tələb edirəm. İnanıram ki, bu olan yerdə nəticə olacaq. Mən onlara güvənirəm və inanıramsa, nəticə də tələb edirəm. Hər oyunda qalib gəlsək, futbolçulardan daha çox razı qalacağam”.(apasport.az)
FTB Argentina Futbol Federasiyasının prezidentini saxladı
Kazemiro Messinin komanda yoldaşı oldu
“Neftçi” Bakıda 4 qol buraxıb uduzdu
"Mərhələ keçmək üçün ilk addımı sabah atmalıyıq"
"Qarabağ"a qarşı hücum futbolu sərgiləmək istəyirik"
Portuqaliya millisinin sabiq üzvü "Kəpəz"də
"Qarabağ"ı yaxşı təhlil etmişik" - SSKA-nın baş məşqçisi
"Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
Yamal: "Messi mənə dedi ki..."
Buskets "Barselona"ya qayıda bilər
"Neftçi" - "Dinamo": Heyətlər
“Qarabağ”da hər şey yaxşıya doğru gedir” - Qurban Qurbanov
"Kəpəz" ayrılığı açıqladı
"Mançester Siti" Fodenlə müqaviləni uzatdı
"Şəfa"dan 12-ci transfer
İtaliyada idman jurnalisti amansızlıqla qətlə yetirilib
"Neftçi" Varqasın transferini açıqladı
“Neftçi” və “Qarabağ”a görə metroda iş rejimi dəyişdi
Oçoa karyerasını başa vurdu
Güləş millimizin dünya çempionatı üçün heyəti açıqlandı
Tanınmış futbolçu ABŞ klubundan ayrıldı
"Milan"ın Modriç qərarı bilindi
"Neftçi"dən ayrılıb bu kluba keçdi
"Çelsi" belə geyinəcək - Şəkil
Belçika millisinin yeni baş məşqçisi müəyyənləşdi
"Liverpul" 17 yaşlı istedadı transfer etdi
"Fənərbaxça"nın qələbəsi - Video
"Çelsi" tarixinin ən bahalı transferini açıqladı
"Argentinanın bu performansla çempion olması ayıb olardı"
"Sabah"ın ÇL-də ardıcıl 3-cü qələbəsi - Video
Azərbaycan UEFA reytinqində mövqeyini möhkəmləndirib
"Fənərbaxça"dan qələbə
Konfrans Liqasında 3 oyun
"Sabah"ın potensial rəqiblərinin oyununda 5 qol
Lemina daha 2 il "Qaralatasaray"da
"Razıyam, bəxtimiz gətirdi" - "KuPS"un baş məşqçisi