"Sona qədər mübarizə apardıq. Həddindən artıq istəkli idik. Komanda çoxdan idi ki, bir yerdə deyildi. Futbolçular əsas formasından bir az uzaq idi. Çoxlu qol imkanımız var idi. Rəqibi də təbrik edirəm, meydanda yaxşı mübarizə apardılar. Onlara uğurlar arzu edirəm".
Qol.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 7-ci turunda "Sabah"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, millidən qayıdan futbolçuların ikinci hissə yorulduqlarını bildirib: "Buna görə Maksimi və Abbası əvəzlədik. Patriki də əvəzləmək istəyirdim. Amma sonradan fikrimizi dəyişdik. Ümumi olaraq, bəzi texniki səhvlərimiz oldu. Bəzi dəqiqələrdə oyundan düşdük. Rəqib də çox istəkli idi. Yaxşı əks-hücuma çıxırdılar. 90 dəqiqə eyni tempi saxlamaq çətindir. Maraqlı oyun alındığını düşünürəm."
Q.Qurbanov Qara Qarayevin ehtiyatda qalmasının səbəbini də açıqlayıb: "Füzuli rayonunda idi. Düşərgəyə gec qoşulmuşdu. Zədəsi yoxdur. Yoldan gəldiyi üçün ehtiyatda saxladıq".
Baş məşqçi Konfrans Liqasınının qrup mərhələsinin növbəti turunda qarşılaşacaqları Qazaxıstan "Kayrat"ı haqda da danışıb. O, rəqibin tam fərqli oyun üslubu ilə çıxış etdiyini söyləyib:"Bəlkə də dəyişiklik edəcəklər. Bu gün futbolçulardan hücum etmək tələb olunurdu. Sadəcə, dəqiqlik çatmırdı. Futbolçularım çox istəkli idilər, "Kayrat"la matçda bizim bu istəyə ehtiyacımız olacaq. Rəqibi təhlil etdikdən sonra çalışacağıq ki, düz olanı edək".
O, ikinci hissədə meydana buraxdığı Ramil Şeydayevin oyuna çox yaxşı qoşulduğunu vurğulayıb: "Ondan çox razı qaldım. Son vuruşlarında dəqiqlik çatmadı. Əlbəttə, epizodlarda daha dəqiq olsa, yaxşı da alınar. Ramilə deyəcək bir söz yoxdur. Oyuna həddindən artıq yaxşı qoşuldu. İnanıram ki, o, bu komandada olduğu müddətdə yaxşılığa doğru gedəcək. Özü də məsuliyyətlidir, daha çox məşq edir. Belə futbolçulara hər zaman ehtiyac var. Futbolçunun işə yanaşması, nizam-intizamı çox vacibdir. Çatışmayan cəhətlərini də yaxşılaşdıracağıq".
Q.Qurbanov ilk dövrəni məğlubiyyətsiz başa vurmaqları və 15 oyundur uduzmamaqları bağlı isə deyib: "Bacarırıqsa, tələblərimiz daha çoxalır. Çalışacağıq ki, bu statistikanı qoruyub saxlayaq. Rəqiblər bizə qarşı daha ciddi hazırlaşır. Meydanda bizim düşünmədiyimiz variantlara əl atırlar ki, bizi məğlub etsinlər".
Tarixin 70-cisi
"Sabah" "Qəbələ"yə qarşı
“Latsio” sonda sevindi
"Bu uğurun sirri barədə danışmaq çətindir" - Kurban Berdiyev
“Turan Tovuz”dan qələbə, “Zirə” - “Kəpəz” matçında heç-heçə
Neymar DÇ-2026 üçün ilkin heyətə daxil edildi
"Zirə" - "Kəpəz" matçında vurulan 4 qol - Video
"Mançester Siti" ilə oyunu buraxacaq
Sadıqovdav şüarlara cavab
La Liqa prezidenti Xavinin Messi açıqlamasını təkzib etdi
"Atletiko" Qonsalesi transfer etməyə tələsmir
Hakimi tənqid etdiyinə görə cərimələndi
"Neftçi" - "Turan Tovuz": Heyətlər
“Şəmkir” - “Xankəndi” matçı niyə baş tutmadı? - PFL açıqladı
"Liverpul" "Qalatasaray"la matça ciddi itkilərlə çıxacaq
"Şirvan" evdə qələbə qazandı, Şəmkirdə matç baş tutmadı
"Zirə" - "Kəpəz": Heyətlər açıqlandı
Mbappe "Real"ın həkimlərinə etibar etmir
Azərbaycan millisinin üzvü Yunanıstan kubokunu qazandı
"Xavi özündənrazı olmuşdu" - Joan Laporta
"Vallah, bilmirəm nə deyim" - "Sumqayıt"ın kapitanı
Nəriman artıq ABŞ-dadır
PSJ yeni formasını təqdim etdi - Şəkil
Braziliya futbolunda belə dava olmayıb - Video
Endrik yenə Fransada hamını qabaqladı
"Barselona"da işim bitib, geri qayıtmayacam"
Türkiyəli mütəxəssis hava limanında vəfat etdi
“Qarabağ”ın oynadığı “İmarət” indi belə görünür - Video
Dadaşov komandasına kömək edə bilmədi
"Ayaks" yeni baş məşqçisini açıqladı
Kökçünün komandası böyük hesabla uduzdu
"Milan "İnter"ə belə qalib gəldi - Video