“Neftçi”nin qapıçısı Aqil Məmmədov Azərbaycan Premyer Liqasının 7-ci turunda səfərdə “Sumqayıt”a qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Qol.az xəbər verir ki, o, klubun rəsmi televiziyasına açıqlamasında bunları söyləyib:
“Oktyabrın 9-da "Qəbələ" ilə yoxlama matçında yaxşı oynadıq. Müəyyən çatışmazlıqlar var idi və baş məşqçi onları gördü. Milli komandalardakı futbolçular kollektivə qoşulduqdan sonra qarşıdakı görüşə tam heyətlə hazırlaşacağıq".
Məmmədov bütün oyunların komandası üçün çətin keçdiyini bildirib: "Sumqayıt"la səfərdə oynayacağıq. Rəqib yaxşı komanda formalaşdırıb. Heyətlərində gənc və mübariz futbolçular var. Əlbəttə, çətin oyun olacaq. Biz də qələbə üçün əlimizdən gələni edəcəyik".
Aqil Məmmədov komandanın digər qapıçıları Kamran İbrahimov və Rza Cəfərovun da məşqçilər şans verdikcə meydana çıxdıqlarını bildirib. "İbrahimov özünü yaxşı tərəfdən göstərib" - deyən Məmmədov ikinci komandadan cəlb olunmuş Rza Cəfərovun gənc qapıçı olmasına rəğmən, yavaş-yavaş yetişdiyini və 2-3 ilə tam formalaşaraq "Neftçi"yə layiq qapıçı olacağını vurğulayıb.
Qeyd edək ki, oktyabrın 17-də Sumqayıtda keçiriləcək “Sumqayıt” - "Neftçi" matçına saat 16:30-da start veriləcək.
Avropa Liqasında 17 oyun
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib
"Qarabağ"ın U-19 komandası "Dinamo"ya məğlub oldu
“Sabah”ın gəncləri “Vikinq”ə də uduzdu
PFL-dən boykot edilən oyunla bağlı - Açıqlama
Nadal "Real"ın İdarə Heyətinin üzvü olacaq
Fonseka "Lion"dan ayrılıb bu kluba keçdi
Rodri bu oyunu buraxacaq
FIFA AFFA-ya təşəkkür etdi
Yamal Mbappenin rekordunu qırdı
Skott Parker bu klubun baş məşqçisi oldu
"Neftçi" əzəli rəqibdir, maraqlı qarşıdurma olacaq"
PSJ Çempionlar Liqasında iki rekorda imza atdı
Misli Premyer Liqasının 11-ci turu "Zəfər turu" elan edildi
"Sabah" və "Fənərbaxça"nın oyunları bu kanallarda